Dr. Xanoğlan Qənbərov, ümumi nevroloq və nevropatoloq, Azərbaycan Tibb Universitetində təhsil alıb. O, nevrologiya sahəsində peşəkarlığını artırmaq məqsədilə Rusiya, Ukrayna, İspaniya və İngiltərədə keçirilən müxtəlif nevroloji konfranslar və həkim təkmilləşdirmə kurslarında iştirak edib.
35 ildən artıq dövlət və özəl tibb müəssisələrində nevrologiya sahəsində uğurla fəaliyyət göstərən Dr. Xanoğlan Qənbərov, minlərlə xəstənin müalicəsində iştirak edərək onların və ailələrinin sağlamlığını təmin edib.
Hazırda Bakı şəhərindəki “Leyla Medical Centre” klinikasında böyüklərə və uşaqlara həm mərkəzdə, həm də fərdi şəkildə tibbi xidmət göstərən Dr. Qənbərov, ümumi nevroloq/nevropatoloq kimi fəaliyyət göstərir
1983-1989: Azərbaycan Dövlət Tibb Universiteti - Pediatr, Bakı, Azərbaycan
1995-1997: Azərbaycan Dövlət Tibb Universiteti - Nevropatoloq, Bakı, Azərbaycan
1999: Nevrologiya Elmi-Tədqiqat İnstitutu (Rusiya) - Autizm Spektr Pozğunluğu, Moskva, Rusiya
2000: Dövlət Beyin Tədqiqatları İnstitutu (Rusiya) - Autizm Spektr Pozğunluğu, Sankt-Peterburq, Rusiya
2001: Bogomolets Milli Tibb Universiteti (Ukrayna) - Uşaq və böyüklərdə Epilepsiya, Kiyev, Ukrayna
2012: Pediatric Epilepsy Training (PET) - British Pediatric Neurology Association, London, İngiltərə
2016: XXIX Curso de Enfermedades Cerebrovasculares, Barselona, İspaniya
1990-1995: Sumqayıt şəhəri 4 nömrəli uşaq poliklinikası - Həkim pediatr, nevropatoloq
1995-1999: 7 saylı uşaq poliklinikası - Həkim nevropatoloq
1999-2007: 14 saylı uşaq poliklinikası - Baş Həkim
2007-2015: MediClub Klinikası - Həkim nevropatoloq
2015-2018: Vahid Tibb Klinikası - Həkim nevropatoloq, Baş həkim
2018-dən etibarən: Leyla Medical Centre - Həkim nevroloq