Nevroloq (nevropatoloq) həkim beyin və onurğa beyni (CNS), sinir ucları (PNS) patologiyalarını, eləcədə sinir sisteminə təsir edən onurğa və oynaq xəstəliklərini diaqnoz edən, müalicə edən və ağırlaşmaların qarşısını alan bir mütəxəssisdir.
Nevroloq hekim müxtəlif mənşəli nevroloji xəstəliklərin aradan qaldırılması ilə məşğul olur: prenatal, genetik olaraq təyin olunmuş, travmatik, iltihablı, distrofik.
Həkim Nevroloqun müalicə etdiyi xəstəliklər:
Sinir zədələnməsini müşayiət edən ağrı sindromları.
Migren və baş ağrısı.
Əl titrəmələri, əsəbi tiklər.
Post-travmatik olanlar da daxil olmaqla radikulit, onurğa sütununun yırtığları.
Osteokondroz və onun ağırlaşmaları.
Alzqeymer xəstəliyi, Parkinson.
Menengit və ensefalit.
Bundan əlavə, həkim nevropatoloq insultun nəticələrini aradan qaldırır, Mərkəzi sinis sistemləri (MSS) şişlərini, epilepsiya, ensefalopatiyanı müalicə edir.
Həkim Nevroloqun əsas vəzifələri:
Xəstələrin müalicəsi və müşahidəsi (ambulator və stasionar).
Diaqnostika və müayinələr
Reanimasiyada daxil olmaqla xəstələrə təcili və planlı tibbi yardım.
Profilaktik tibbi müayinələrin, ixtisas müayinələrinin aparılması.
Silah icazələrinin verilməsi və vasitə idarəetməsi komissiyasında iştirak.
Xəstəlik məzuniyyətinin verilməsi, BTİ-yə göndərişlər və digər sertifikatlar.
Ayrıca, həkim nevroloqun funksiyaları arasında uşaq beyin iflici, danışma pozuqluğu, çoxlu skleroz, yuxusuzluğun düzəliş edilməsi və insult sonrası reabilitasiya olan xəstələrin idarə olunması da var.