Səidə Kərimova - Fizioterapevt

Səidə Kərimova

Fizioterapevt

Təcrübə : 12 il


Dr. Səidə Kərimova pasiyentlərdə vertebroloji, nevroloji reabilitasiyanı, ortopedik və neyrocərrahiyyə əməliyyatlardan sonra tibbi bərpa, ağrı sindromları, idman travmaları, pediatrik reabilitasiya və digər dayaq hərəkət, sinir, tənəffüs sisteminin xroniki və kəskin patologiyalarının müasir fizioterapevtik müalicəsini və reabilitasiyasını həyata keçirir.
Son vaxtlar Avropada, ABŞ-da, İsrail və digər ölkələrdə skolioz xəstəliyinin müasir Schroth metodu ilə müalicəsi geniş istifadə olunur və Azərbaycanda bu müalicə üsulu ilk dəfə olaraq Mərkəzi Gömrük Hospitalında tətbiq olunur. Səidə Kərimova skolioz xəstəliyinin müasir Schroth metodu ilə müalicəsində 3D idman hərəkətlərindən, xüsusi tənəffüs texnikasından istifadə edərək istənilən yaşda olan pasiyentlərdə skoliozun dərəcəsinin azaldılmasını, normal duruşun bərpasını və yeni metodla müalicəsini həyata keçirir.