Səidə Kərimova - Fizioterapevt

Səidə Kərimova

Fizioterapevt

Təcrübə : 12 il


Haqqında

Səidə Kərimova - Həkim "Fizioterapevt - Reabilitoloq"
Sizlərə bilik və bacarığına görə, xəstələrə qayğı ilə yanaşmasına, mehribanlığına görə pasiyentlər arasında böyük hörmət və rəğbət qazanmış fizioterapevt-reabilitoloq Dr. Səidə Kərimovanı təqdim edirik.
Fizioterapevt-reabilitoloq Dr. Səidə Kərimova da daim öz üzərində çalışır, tibb elminin yeniliklərini, müasir texnologiyaları, qabaqcıl beynəlxalq təcrübəni mənimsəyərək xəstəliklərin müayinə və müalicəsində ən yeni üsullardan istifadə edir. Dünyanın bir sıra ölkələrində: Almaniya, İspaniya və Avstriyada təlimlər, seminarlarda iştirak edir. Çox sevindirici haldır ki, Mərkəzi Gömrük Hospitalın Fizioterapiya və Tibbi Reabilitasiya şöbəsində yeni müalicə metodlarının tətbiq edilməsi məqsədilə İspaniyanın Barcelona şəhərində Scoliosis Physical Therapy School-da “Skoliozun Schroth metodu ilə müalicəsi” mövzusunda iki mərhələli kursda müvəffəqiyyətlə iştirak edərək 2019-cu ilin fevral ayında beynəlxalq sertifikatla təltif olunub.
 

Təhsili

2001-2007-ci illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb,
2007-2008-ci illərdə Milli Oftalmologiya Mərkəzində internatura keçmişdir.
2012-2016-cı illərdə Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunda fizioterapiya və reabilitasiya üzrə rezidentura proqramını bitirmişdir.

Kurslar

2011-ci ildə Almaniyanın Hamburq şəhərində Eppendorf Universitetinin Klinikasında treninq keçmişdir.

İş Təcrübəsi

2009-2016-ci illərdə özəl tibb müəssisələrində fizioterapevt-reabilitoloq kimi başlamışdır.
2016-cı ildən Mərkəzi Gömrük Hospitalında həkim fizioterapevt-reabilitoloq vəzifəsində çalışır.