Salam.
Xaçmaz şəhərindəki filialınıza tez tez müraciət edir və xidmətdən məmnun qalırıq.
Təklifim var : Xaçmazdan 25 km şimalda Nabran _Quba _Qusar yolunun üstündə yerləşən Xudat şəhərində yaşayır və dörd mühüm yol ayrıcında yerləşən və gündən günə inkişaf edən bu böyük şəhərdə filialınızın olmamasına təəssüflənirəm. Təzə təmirli və hər mərtəbəsi 35 kv.m. olan iki mərtəbəli obyektim var. Xudat şəhərinin yaridan çox əhalisinin yolunun üstündə və təmirdən sonra tezliklə istifadəyə veriləcək Xudat dəmir yolu stansiyası ərazisində yerləşən obyektimin ətraf yaxınlığında apter yoxdur və bu qədər əhali dərman üçün Xudat -Xaçmaz yolunun üstündə yay yana fəaliyyət göstərən apteklərə üz tutmalı olurlar.
Münasib qiymətə obyektimi aptek fəaliyyətiniz üçün icarəyə verərdim.
Əlaqə nömrəm : 050 299 14 19.
Gülnar Əliyeva
VAQİF NİFTƏLİYEV