“Ömür” klinikası 2003-cü ildən inteqrativ tibbi xidmətli özəl tibb ocağı kimi fəaliyyət göstərir. Məşhur Şərq xalq təbabətindən qaynaqlanan qeyri-ənənəvi metodun tibbin son nailiyyətləri ilə əlaqələndirilməsi “Ömür” klinikasında həyata keçirilən kompleks müayinə və müalicənin əsasını təşkil edir. 2006-cı il aprelin 22-də İsveçrənin Sürix şəhərində keçirilən təqdimat mərasimində ACTUALİDAD” beynəlxalq təşkilatının “Ömür” klinikasını ilin “keyfiyyət və prestij lideri” adına layiq görməsi məhz inteqrativ təbabətə olan maraqdan irəli gəlmişdi. İndi “Ömür” klinikası beynəlxalq sertifikatlı səhiyyə ocağıdır. Bu uğurun davamı olaraq kollektivimiz 2007-ci ildə “UĞUR” milli mükafata layiq görülüb.
Müalicə taktikasının düzgün seçilməsi dəqiq və ətraflı müayinədən çox asılı olduğundan klinikamızın müasir modelli müayinə aparatları ilə təchiz edilməsinə üstünlük verilib. USM mərkəzindəki son modelli aparatların köməyi ilə kompleks müalicədə böyük rol oynayan dəqiq və keyfiyyətli Transkranial və doppler müayinə, Exo-kardioqrafiya, videoendoskopiya, daxili orqanların müayinəsi, ginekoloji müayinə, densitometriya, mammoqrafiya, histereskopiya, rentgen, neyrosanoqrafiya, ensefaloqramma, kompüter tomoqrafiya və s. müayinələr aparmaq mümkündür
Metabolizm, Müalicə- peablitasiya, Yoqa-oftalmologiya mərkəzləri, Reproduktiv mərkəz, o cümlədən, Ailə və uşaq problemləri mərkəzlərində müxtəlif xəstəliklər təbii üsullarla müalicə edilir.
“Ömür” klinikasında tətbiq etdiyimiz kompleks müalicənin tərkib hissəsi olan eliksiroterapiyanın mahiyyətini fitoterapiya- yəni, bitkilərin müxtəlif hissələrinin dəmləməsi təşkil etsə də, fərdi tərkibli bu məlhəm pasientlərin kompleks müayinəsinin nəticələrinə uyğun olaraq hazırlanır.Ömür eliksiri adlandırdığımız bu məlhəmin tətbiqinə Azərbaycan Respublikası Standartlaşdırma və Metereologiya Komitəsi tərəfindən icazə verilib. Eliksir əsas xəstəliyi deyil, həm də yanaşı gedən patologiyaları aradan qaldırmağa imkan verir. Bu isə orqanizmin bütövlükdə bərpası deməkdir. Eliksiroterapiya ilə paralel aparılan ozonoterapiya, qammaterapiya, maqnitoterapiya, hidrokolonoterapiya, fizioterapiya, lazeroterapiya, hirudoterapiya, pefleksoterapiya, MDB məkanındakı respublikalar içərisində yalnız Azərbaycanda və Ömür klinikasında tətbiq edilən pnevmopunktura və digər müalicə metodları sağlamlığın tam bərpa edilməsində əvəzsiz rol oynayır.Bu kompleks müalicələr klnikamızın yalnız tibb ocağı kimi deyil, sanator-kurort kimi fəaliyyət göstərməsinə də imkan yaradır.
Ozonoterapiya “Ömür” klinikasında 2005-ci ilin 1-ci yarısından tətbiq edilməyə başlanıb. Ozonoterapiya bir neçə üsulla aparılır. Bura bitki yağının xüsusi texnologiya ilə ozonlaşması və təmiz ozon-oksigen qarışığının dərialtı piy qatına yeridilməsi də aiddir.Plazmoferez isə qanın infeksiyalardan təmizlənməsi üçün ən effektli müalicə metodudur.
Klinikamızda tətbiq edilən təbii müalicə üsullarından biri də refleksoterapiyadır. Bu müalicənin məqsədi xüsusi iynələr vasitəsi ilə orqanizmdəki enerjinin düzgün paylanmasını təmin edərək yaranmış disbalansı aradan qaldırmaqdır. Sinir sisteminin vegetativ xəstəlikləri, miqren, başgicəllənmə, skleroz, qulaqlarda küy, ətraflarda qıcolmalar zamanı refleksoterapiya müsbət nəticə verir.
Ginekologiyada ən böyük problemlərdən biri dünyaya gələcək körpədə ehtimal olunan qüsurların və xəstəliklərin öncədən aşkar edilməsidir. Hamiləliyin daha kiçik müddətində dölün inkişaf qüsurları və patologiyaları haqqında əvvəlcədən informasiya almaq isə hamiləliyin saxlanması və ya pozulması kimi məsuliyyətli bir qərarın qəbul edilməsində böyük rol oynayır. Məhz Azərbaycanda ilk dəfə “Ömür” klinikasında tətbiq edilən 4D rejimli aparat dölün inkişafı ilə bağlı dəqiq və ətraflı məlumat əldə etmək imkanı yaradır. Yəni, bu aparatla aparılan müayinə zamanı dölün xarici görünüşündəki deffektlər, ətrafların deformasiyası, barmaqların sayı, dovşandodaqlıq, qurdağızlıq, eyni zamanda beyindəki qüsurlar aşkar edilir. Bir sözlə, 4D rejimli aparat təkcə anaların sağlamlığına deyil, körpələrin sağlam doğulmasına da zəmanət verən əvəzsiz müayinə metodudur.