Euromed Tibb mərkəzi  - Özəl klinikalar

Euromed Tibb mərkəzi

Özəl klinikalar


Haqqında

2002-ci ildən fəaliyyət göstərən ”EuroMed” tibb mərkəzi müasir və geniş profilli müalicə-diaqnostika müəssisəsi olub, stasionar və poliklinika şöbələrindən ibarətdir. Poliklinika şöbəsində cərrahi və terapevtik kliniki xidmət sahələri (urologiya, otolorinqologiya, qastroenterologiya, ginekologiya, pediatriya, oftalmologiya, endokrinologiya, dermatovenerologiya, kardiologiya, revmatologiya və s.) və ən müasir avadanlıqlarla təhciz olunmuş, tam avtomatlaşdırılmış laborotoriya fəaliyyət göstərir. “EuroMed” tibb mərkəzində HCV (RNT) və HBV (DNT) virus hepatitlərinin PZR diaqnostikası cavablarının dəqiqliyinə görə bu sahədə “qızıl standart” hesab edilən'' ROCHE '' şirkətinin COBAS AmpliPrep Və COBAS TaqMan 48 analizatorlarında aparılır.

Mərkəzin stasionar şöbəsi əməliyyatdan sonra xəstələrin müalicəsi və bir sıra manipulyasiyaların aparılması üçün bütün tələblərə cavab verır. Şöbə sutkada 24 saat fəaliyyət göstərir.

Bundan başqa mərkəzimizdə respublikada ilk olaraq, bu gün qaraciyərin qeyri-invaziv (müdaxilə olmadan) diaqnostika cihazlarından ən dəqiqi hesab edilən “FibroScan502” (Fransa) aparatında elastometriya müayinəsi aparılır.

Tibbi sığorta sahəsində də böyük nüfuz qazanmış mərkəzimiz, Azərbaycanın sığorta şirkətləri və bir sıra xarici şirkətlərlə uğurlu əməkdaşlıq edir. Bu Standard Insurance, Paşa Sığorta, AvroMed Company, Başak-İnam, Ata Sığorta, AXA Mbask Sığorta, Azərbaycan Sənaye Sığorta, Qarant Sığorta, Xalq Sığorta, Şəfa, Beynəlxaq Sığorta , Rəvan Sığorta, Meqa Sığorta, TEMS Sığorta, A-Group, Az Sığorta, ATƏŞGAH, Bakı Sığorta şirkətlərini göstərmək olar.