Haqqında
Endokrin Mərkəz 4 ildən artıqdır ki, fəaliyyət göstərir. Cərrah endokrinoloq, tibb üzrə fəlsəfə doktoru Sadiq Bəbirovun başçılığı ilə fəaliyyət göstərən tibb ocağında bütün növ analizlər aparılır.
Aşağıda sadalanan bütün xəstəliklərin müayinə və müalicəsi Endokrin Mərkəzdə yüksək ixtisaslı mütəxəssis həkimlər tərəfindən həyata keçirilir.
- Şəkərli diabet və onun ağırlaşmaları
- Qalxanvari vəzi xəstəlikləri (ZOB)
- Aybaşı pozğunluqları və endokrin sonsuzluq
- Piylənmə, həmçinin patsientə uyğun dietlərin tərtib olunması
- Hipotalamus, hipofiz xəstəlikləri (akromeqaliya, şəkərsiz diabet, prolaktinoma və s.)
- Böyrəküstü vəzi xəstəlikləri (Səbəbi bilinməyən yüksək təzyiq)
- Tüklənmə, saç tökülməsi
- Boy probleminin araşdırılması
- Metobolik sindromu