1. Venadaxili anesteziya
2. Umumi anesteziya
3. Regionar anesteziya (Spinal, Epidural, Periflik bloklar, Təbii doğuşun ağrısızlaşdırılması)
4. Alqologiya
5. Mərkəzi venaların kateterizasiyası
6. Trokal cərrahiyyədə selektiv intubasiya
7. Bronxoskopiya
Reanimasiya
Həyati göstəriciləri, həyatı funksiyaları pozulmuş və yaşaması risk altında olan hər bir xəstə kritik xəstə olaraq qəbul olunur. Reanimasiya - kritik xəstələrin saxlanıldığı və 24 saat ərzində yüksək texnologiya ilə xidmət göstərildiyi bir şöbədir. Son illərdə texnologiyanın sürətli inkişafı tibb elmində, xüsusi ilə də Reanimasiya şöbəsinin işində nəzərə çarpacaq dərəcədə dəyişikliklər yaratmışdır.
Reanimasiya dünyada və ölkəmizdə gənc bir bölüm olmasına baxmayaraq, elm və texnoloji qazancların tibbə uyğunlaşması əsasında çox qısa zamanda böyük nailiyyətlər əldə etmişdir. Bütün dünyada olduğu kimi anestezioloqların rəhbərliyi ilə başlayan reanimasiya çalışmaları digər ixtisasları da cəlb etmişdir. Reanimasiyada süni tənəffüs aparatına ehtiyacı olan və xüsusi baxım tələb olunan xəstələr yatırılır. Reanimasiya tibbin elmi praktik bölməsi kimi 60 il əvvəl yaranmışdır. Bununla əlaqədar Avropa polimielit epidemiyası zamanı təsadüf olunan tənəffüs çatmazlığında yeni mübarizə tədbirləri işlənib hazırlanmış, patoloji fiziologiyanın, transplantologiyanın və s. sahələrin nailiyyətlərinə səbəb olmuşdur. Reanimasiya müasir texnikanın nailiyyətlərinə (orqanizmin funksional pozğunluğunu siqnalla xəbər verən yeni elektron aparatlar, tənəffüsü, qan dövranını tənzimləyən aparatlar və s.) əsaslanır.
BMP-nin Reanimasiya şöbəsi yüksək texnologiya ilə təchiz olunan bir sistem əsasında qurulmuşdur. Hər çarpayının başında tənəffüs aparatı cihazı və hər cür monitorizasiyaya uyğun monitorlar yerləşdirilmişdir.
Reanimasiya şöbəsinin mütəxəssis həkimləri xəstələrə xidmət göstərərkən, digər dar ixtisas həkimlərinin konsultasiyalarına da müraciət edirlər. Reanimasiya şöbəsində yatan xəstələrə günün hər saatında bütün laboratoriya testlərinin və instrumental müayinələrin aparılması üçün şərait yaradılmışdır.
Reanimasiyamız 10 çarpayılı olub, bunlardan 5-i İntensiv Terapiya çarpayısı və iki ədəd 1 çarpayılı “box” otaqlardan ibarətdir.
İntensiv terapiya şöbəsində isə eyni zamanda süni tənəffüs aparatına ehtiyacı olmayan və ya əməliyyatdan çıxan, qısa müddətdən sonra aparatdan ayrılacaq xəstələr, reanimasiyadan çıxa biləcək, ama normal stasionarda təqibi riskli olan xəstələr, ümumi vəziyyəti stabil olan nevroloji xəstələr yatırılır. Eyni zamanda əməliyyat sonrası xəstələr çox ağır və ya multitravmalı deyilsə burada yatırılır.