Baku Medical Plaza Xəstəxanasında müasir standartlara cavab verən “Anesteziologiya və Reanimasiya” şöbəsi fəaliyyət göstərir.
Əməliyyat otaqlarının müasir tibbi avadanlıqlarla təchiz olunması yüksək səviyyəli ixtisasalaşmış həkimlər tərəfindən, xəstənin fərdi xüsusiyyətlərindən asılı olmayaraq (yaşı, cinsi, çəkisi, döş qəfəsinin quruluşu, ağciyərin funksional vəziyyəti və s.) dünyada qəbul olunmuş anestezioloji protokollar əsasında beynəlxalq standartlara uyğun açıq və endoskopik əməliyyatları anesteziya həyata keçirməyə imkan verir.
Əməliyyat müddətində polifunksional monitorlar vasitəsilə xəstənin həyat göstəriciləri ciddi nəzarətdə saxlanılır. Anesteziya elminin müasir tələblərinə cavab verən anestezioloji preparatların istifadəsi, yüksək səviyyəli anesteziya aparmağı, ağırlaşma faizinin minimuma endirilməsini, əməliyyatdan sonra xəstənin tez və rahat oyanmasını, yekun olaraq xəstənin komfortunu və qısa reabilitasiya periodu keçib evə yazılmasını təmin edir.
Qeyd etdiyimiz kimi, klinikamızın tibbi avadanlıq və preparatlarla təmin olunması sayəsində digər tibb müəsissələrinə icrası mümkün olmayan (Beyin, Trokal, Abdominal, Ginekoloji, Uroloji, Ortopedik) əməliyyatlar uğurla həyata keçirməkdədir. Orta və kiçik tibb personalımız xüsusi təcrübə keçib imtahanlar vermiş şəxlərdən ibarətdir.
Xəstə üçün anesteziya növünün seçimi vacib amillərdən biridir. Bizim klinikada istifadə olunan anesteziyanın növləri: vena daxili anesteziya (larenqeal mask ilə), ümumi anesteziya və regionar anesteziya. Ümumi anesteziya zamanı çətin intubasiyalarda KARL STORZ endoskopun köməyi ilə aparılır. Regionar anesteziya çox geniş istifadə olunur: epidural, spinal, sakral, kubital, lumbal bloklar, pereferik sinir blokları, aksillar blok və s. Qeysəriyyə əməliyyatı zamanı epidural anesteziyaya çox üstünlük verilir. Həmçinin regionar anesteziya doguşlarda da istifadə olunur.
Anesteziologiya şöbəsində çalışan mütəxəssislər periodik olaraq beynalxalq anestezioloji konfranslarda və simpoziumlarda iştirak edirlər və orada əldə etdikləri yeni müasir məlumatları öz gündəlik fəaliyyətlərində tətbiq edirlər.