Bioloji Təbabət  - Özəl klinikalar

Bioloji Təbabət

Özəl klinikalar


Haqqında

Inteqrativ Təbabətin ən geniş yayılmış sahələrindən biri olan Biotənzimləyici Terapiyanın təməli alman alimi H.Rekkeveq tərəfindən qoyulub.Buna görə də bu terapiyanın vətəni Almaniya sayılır.Lakin 50 ildən artıqdır ki, yalnız Almaniyada deyil, Avropanın bir çox ölkələrində, Amerikada, Braziliyada, Kolumbiyada, hətta, Afrika ölkələrinin bəzisində həkimlər biotənzimləyici terapiya üsullarından istifadə edirlər. Keçən əsrin 90-cı illərindən etibarən isə bu təbabətin müalicə üsulları Rusiya, Ukrayna, Qazaxıstan və Baltikyanı ölkələrdə tətbiq olunur.
     1998-ci ildə Elxan Yaqubov Bakıda Almaniyanın HEEL şirkətinin preparatlarının satışı ilə məşğul olan “Planeta” MMC-ni təsis etdi. 2001-ci ildə isə “Planeta” MMC -nin bir qrup nümayəndəsi həmin şirkətin Baden-Badendə yerləşən dərman zavodu və Antihomotoksik Terapiya Cəmiyyətnin fəaliyyəti ilə yaxından tanış olmaq üçün Almaniyaya səfər etdi.
     Yerli həkimlərin biotənzimləyici terapiya ilə müalicə üzrə biliklərə yiyələnməsi üçün İlk dəfə 2002-ci ildə Lənkəranda Antihomotoksik Terapiya Cəmiyyətinin xətti ilə Beynəlxaq səviyyəli seminar təşkil olundu. 2001-ci ildən bu günədək, Biotənzimləyici Terapiya və İnteqrativ Təbabət üzrə əsasən Almaniyadan olmaqla, müxtəlif xarici ölkələrdən dəvət olunmuş beynəlxalq dərəcəli mühazirəçilərin keçirdiyi yüzlərlə seminar, konfrans və master-klasslarda respublikamızın müxtəlif bölgələrindən olan 9000-dən çox həkim bu müalicə üsullarının sirlərinə yiyələnib. 5000-dən çox həkim isə 92 saatlıq bütöv kursu bitirib və sertikifat alıb. Almaniya, İsveçrə, Rusiya və başqa xarici ölkələrin bu terapiya üzrə yüksək ixtisaslı həkim-mütəxəssisləri yalnız Bakıda deyil, Azərbaycanın bir çox bölgələrində, o cümlədən, Gəncə, Mingəçevir, Göyçay, Bərdə, Sumqayıt, Naxçıvanda biotənzimləyici terapiya və İnteqrativ Təbabətin müalicə üsullarının tətbiqinə həsr olunmuş seminarlar keçiriblər.
      2009-cu ildə Bakıda İnteqrativ Təbabət ən yeni və effektli müalicə üsullarını özündə birləşdirən Bioloji Təbabət klinikası fəaliyyətə başladı.Klinikanın peşəkar həkimlərinin bir sıra xroniki xəstəliklərin müalicəsində qazandığı uğurlar əhali arasında orqanizmə vahid sistem kimi yanaşaraq ona heç bir zərər verməyən biotənzimləyici terapiya və İnteqrativ təbabətə inam və rəğbəti getdikcə artırırdı.Bu səbəbdən bölgələrdə də bu təbabətlə məşğul olan klinikaların açılması zərurəti yarandı. Beləliklə, 2012-ci ildə Göyçayda , 2013-cü ildə isə Sumqayıtda, 2019-cu ildə isə Masallıda müasir laboratoriya və instrumental nüayinə, eləcə də beynəlxalq standartlara cavab verən müalicə avadanlıqları ilə təhciz olunmuş Bioloji Təbabət klinikalarının fəaliyyətinə start verildi. Məqsəd həm də səhhətində problem olan insanların əlavə xərc çəkib Bakıya gəlmədən bölgələrdə sağlamlıqlarına qovuşmasına şərait yaratmaq idi.
      Klinikaların fəaliyyətində Almaniya, Kolumbiya, İsveçrə, İtaliya və digər inkişaf etmiş ölkələrin Bioloji Təbabət klinikalarının təcrübəsindən istifadə edilir. İnteqrativ Təbabətin uğurlu nəticələrinin sorağı artıq respublikamızın sərhədlərindən kənara çıxaraq ölkə daxilində tibbi turizmin inkişafına təkan verdi. İndiyə qədər İran, Türkiyə, İngiltərə, Rusiya və başqa ölkələrdə müalicəsi mümkün sayılmayan xroniki xəstəliklər artıq Bioloji Təbabət klinikalarında uğurla müalicə olunur. Sevindirici haldır ki, son dövrdə müxtəlif ölkələrdən 100-dən çox xarici pasient biotənzimləyici müalicəyə üstünlük verib sağlamlıq problemlərinin həllini klinikanın peşəkar həkimlərinə etibar ediblər. Onların arasında Birləşmiş Ərəb Əmirlikləri, İraq, İran, Rusiya, Türkiyə, Qazaxıstan və s. ölkələrin vətəndaşları da var. Bu pasientlərin hamısı illərlə düçar olduqları xəstəliklərinə çarə tapmaq üçün müxtəlif xarici ölkələrin öndə gedən klinikalarında aldıqları müalicələrin nəticəsiz olduğunu görüb son ümid yeri kimi Bioloji Təbabət klinikasına müraciət ediblər.Burda kimyəvi preparatlardan fərqli olaraq orqanizmə heç bir zərər verməyən biotənzimləyici terapiyanın köməyilə sağalıb öz ölkələrinə qayıdıblar.Bu faktlar klinikamızın Azərbaycanın tibbi turizm sahəsinə verdiyi töhfənin bariz nümunəsidir. Bu baxımdan Bakı, Göyçay, Sumqayıt və Masallı Bioloji Təbabət klinikalarının məqsədi əhalimizin artıq xarici ölkələrə getmədən keyfiyyətli müalicədən yararlanmasına şərait yaratmaqla bərabər, eyni zamanda ölkədə tibbi turizmi inkişaf etdirmək, onun ixracına deyil, idxalına nail olmaqdır.
     Bioloji Təbabət klinikalarının fəaliyyət göstərdiyi bu illər ərzində Artroz, trofik xora, revmatoid artrit, psoriaz, bronxial astma, podaqra, dağınıq skleroz, Parkinson kimi xroniki və müalicəyə çətin tabe olan xəstəliklərdən əziyyət çəkən yüzlərlə pasient son ümid yeri kimi Bioloji təbabətlə müalicə sayəsində səhhətlərindəki problemdən, hətta aşağı ətrafların amputasiyasından xilas olaraq normal həyat tərzinə qayıdıblar.
     Bioloji təbabət akademik tibbi inkar etmir, əksinə akademik tibbin bünövrəsi əsasında inkişaf edərək alternativ tibb kimi dünya səhiyyəsində öz sözünü deyib.Hər iki təbabətin bir-birinə inteqrasiyası isə son dövrlərin inteqrativ tibb elmini gündəmə gətirdi.2014-cü ildən Bioloji Təabət klinikasında Elmi-Tədqiqat İnstitutunun yaradılmasına( İnteqrativ Təbabətdə Elmi Araşdırmalar Mərkəzi) dair hazırlıq işlərinə başlandı.Bioloji Təbabət klinikalarının inteqrativ tibbin çoxprofilli müalicə metodları sayəsində əldə etdiyi uğurlar BT ailəsinin əsas məqsədlərindən biri olan Elmi Araşdırmalar M\ərkəzini beynəlxalq arenaya çıxarmaq arzusunu nəhayət ki,reallaşdırdı. 2022-ci il, iyunun 18-də Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan bölməsinin Baş Assambleyası klinikanın bazasında fəaliyyət göstərən “ İnteqrativ Təbabətdə Elmi Araşdırmalar” Mərkəzini öz strukturuna qəbul edib. Bu nailiyyət BT ailəsini daha çox çalışmağa, öyrənməyə ruhlandırır.