Avrasiya Hospitalı  - Özəl klinikalar

Avrasiya Hospitalı

Özəl klinikalar


Haqqında

Avrasiya Hospitalda Azərbaycanın tanınmış həkimləri, həmçinin xarici ölkələrdə təkmilləşmiş, yüksək peşəkarlığa malik uzman həkimlər xidmət göstərməkdədir. Hospitalda geniş profilli Poliklinika, Radiologiya, İnvaziv Radiologiya, Ümumi cərrahiyyə, Neyrocərrahiyyə, Ortopediya-Travmatologiya, Anesteziologiya və Reanimasiya, Nevrologiya, Kardiologiya, Endokrinologiya, LOR, Urologiya, Ginekologiya, Gastroenterologiya, Hepatologiya, Terapiya, Pediatriya, Stomatologiya, Oftalmologiya, Fizioterapiya və Reabilitasiya, Plastik, Estetik və Rekonstruktiv cərrahiyyə şöbələri fəaliyyət göstərir. Həmçinin Avrasiya Hospitalda müasir tələblərə cavab verən  İnsult Mərkəzi, Diabetik Ayaq Mərkəzi, Aritmoloji Mərkəz, Yuxu laboratoriyası, Eşitmə Mərkəzi və Estetik Mərkəz  fəaliyyət göstərməkdədir. Diaqnostika bölümündə Kompyuter Tomoqrafiya, Nüvə Maqnit Rezonans tomoqrafiya, Rentgen, Mammaqrafiya, Densitometriya, USM, EKQ, Holter, EXOKQ, Tredmil test, Endoskopiya və s. diaqnostik xidmətlər və sanitar normalara cavab verən, avropa standartlarina uyğun, müasir analizatorlarla təchiz olunmuş laboratoriyamız xidmətinizdədir.   Sağlamlığınızı peşəkarlara həvalə edin!