Ak. Zərifə Əliyeva adına milli oftalmologiya mərkəzi  - Oftalmologiya

Ak. Zərifə Əliyeva adına milli oftalmologiya mərkəzi

Oftalmologiya


Haqqında

1946-cı ildə Elmi-Tədqiqat Göz xəstəlikləri İnstitutu fəaliyyətə başlamışdır. 2002-ci ildən ETGXİ akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi olaraq fəaliyyət göstərməkdədir. 2009-cu il 22 may tarixində cənab prezident İlham Əliyevin iştirakı ilə akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin yeni binasının açılışı olmuşdur.

2006-cı ildən akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar Elm Xadimi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş oftalmoloqu, tibb üzrə elmlər doktoru, professor Qasımov Elmar Mustafa oğlu rəhbərlik edir.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi beynəlxalq standartlara cavab verən müasir diaqnostik avadanlıqlarla təchiz olunmuşdur. Mərkəzdə Oftalmologiyanın bütün sahələrini əhatə edən şöbələr və yüksək ixtisaslı mütəxəssislər fəaliyyət göstərir.

Mərkəzdə “Konsultativ poliklinika”, “Qlaukoma”, “Katarakta cərrahiyyəsi”, “Buynuz qişanın cərrahiyyəsi və transplantasiyası”, “Eksimer-lazer”, “Gözün yoluxucu xəstəlikləri”, “Uşaqlarda gözün patologiyası”, Tor qişanın və görmə sinirinin patologiyası”, “Şəkərli diabetin göz fəsadları”, “Gözün vitreoretinal cərrahiyyəsi”, “Lazer cərrahiyyəsi”, “Gözün zədəsi”, “Okuloplastik və rekonstruktiv cərrahiyyə”, “Onko-oftalmoloji”, “Cərrahiyyə-əməliyyat bloku”, “Şüa-diaqnostikası”, “Gözün tibbi ekspertizası” şöbələri fəaliyyət göstərir.