Azərbaycanın ən məşhur və populyar kurortlarından biri olan Bilgəh ölkənin paytaxtı vəzifəsini yerinə yetirən Bakı şəhərindən cəmi 40 km məsafədə, Abşeron yarımadasının şimal sahilində, zeytun bağları və üzümlüklərin əhatəsində yerləşir.
Kurort ərazisində hökm sürən iqlim tipi – quru subtropik, yanvar ayının orta aylıq temperaturu +2oC, iyul ayının orta aylıq temperaturu +25oC, yağıntıların illik miqdarı isə 200 mm təşkil edir. Qar örtüyü davamlı olan günlərin sayı təxminən 5-ə bərabərdir. Ortaillik nisbi rütubət göstəriciləri 55%-dən 70%-dək dəyişir. Günəş parıltısı illik saatlarının miqdarı isə 2008-ə bərabərdir.
Müalicəvi ionlar və oksigen ilə zəngin olan Xəzər havası, çimərlik mövsümünü mayın ortalarından oktyabra kimi uzadan şəfəqli cənub günəşi, xırdadənəli abad dəniz kənarı və onlarla metr dərinliyində qumlu dayazlıq əmələ gətirən yastı dəniz dibinin uğurlu ahəngi iqlim-talassoterapiya və helioterapiyanın keçirilməsinə zəmin yaradır.
Ürək-damar xəstəliklərinin müalicəsi üçün əlverişli sayılan iqlim, ilıq dəniz suyu və rahat çimərlikdən özgə, yod-brom mineral suları da mühüm təbii müalicəvi amillər siyahısına daxildir. Həmin suların mənbələri bilavasitə dənizqırağı geniş parkda bərqərar olmuş “Bilgəh” kardioloji sanatoriyasının ərazisində yerləşir.
Sanatoriya müasir diaqnostik və müalicə aparaturası ilə təchiz edilmiş komfortlu müalicə şöbəsinə də malikdir.
Burada funksional diaqnostika, müalicəvi gimnastika, fizioterapiya, elektroyuxu terapiyası, müalicəvi masaj, oksigenoterapiya, stomatologiya və ginekologiya kabinetləri, balneoloji müalicəxana və həmçinin kliniki-diaqnostik və biokimya laboratoriyaları fəaliyyət göstərməkdədir.