Premium Clinic
Mərkəzləşmiş klinika müasir elmi texniki tərəqqinin inkişafına və tələblərinə cavab verən Almaniya, İtaliya, Türkiyə dövlətlərində istehsal olunan müasir tibbi təyinatlı avadanlıqlarla təchiz olunmuşdur. Müəssisə Bakı Şəhəri Nəsimi rayonu Asif Məhərrəmov küçəsi 25B yerləşən müasir standartların tələbinə cavab verən 6 mərtəbəli binada fəaliyyət göstərir. Klinikamızın həyətində fərdi avtomobil dayanacaqları üçün yer, xəstələrin və onların yaxınlarına xidmət göstərmək üçün yeməkxana fəaliyyət göstərir.Təcrübəli həkim komandamizın sayəsində hər zaman xalqımızın keşiyindəyik. Müasir tələblərə cavab verən 6 mərtəbəli binada mərkəzi sərinlətmə, istilik sistemi, tibbi qaz sistemi və ventilyasiya sistemi beynəlxalq tələblər səviyyəsində qurulmuşdur. Bina “tibbi xəstəxana lifti” və yük lifti ilə də təchiz olunmuşdur.
Yeni binada əhaliyə göstərilən geniş spektrli ambulator xidmətlə yanaşı, son texnologiyalar ilə təchiz olunmuş 3 əməliyyat blokları, sterilizasiya bloku və müasir tələblərə cavab verən Reanimasiya şöbəsi qurulmuşdur. Stasionar şöbədə 24 cərrahi çarpayı yerləşdirilmişdir. Palatalar müasir tibbi təlabatlara və standartlara uyğun təşkil edilməklə yanaşı yüksək səviyyəli interyerə malikdirlər. Ambulatoriya kabinetlərin sayı 40-a çatdırılmışdır. Klinikamız fasiləsiz isti və soyuq su, fasiləsiz elektrik enerjisi təminatı, avtonom rejimdə çalışan istilik sistemi ilə təmin olunub.
Klinika ambulator və stasionar xidmət göstərir. Burada poliklinika və stasionar şöbələri əhaliyə yüksək səviyyəli müxtəlif sahələr üzrə tibbi xidmət həyata keçirir.Klinikamız müasir təbabətin klinik standartlarına tam uyğundur. Premium klinika Avropada, Amerikada aparıcı şirkətlərin müasir diaqnostika və müalicə avadanlıqları ilə təchiz olunub.
Ambulator şöbədə müxtəlf saylı yüksək ixtisaslı mütəxəssislər - kardioloqlar, endokrinoloq, terapevtlər, nevropatoloq, androloq, dəri-zöhrəvi, uroloqlar, pediatrlar, cərrahlar, travmatoloq, fizioterapevt, stomatoloq, otolarinqpoloq, və s. fəaliyyət göstərirlər. Həkimlərimiz öz işlərinin peşəkar mütəxəssisləridir. Həkim komandamız Rusiya, Almaniya, Turkiyə və ABŞ-da təcrübələnmiş həkimlərdir.
Klinikamızın əsas məqsədi Premium adına layiq tibbi xidmət göstərmək və beynalxalq standartlardan geri qalmamaqdır. Əməliyyat bloqları ən müasir səviyyədə təchiz edilmişdir. Əməliyyat stolları çox funksiyalı olmaqla, əməliyyat boyu xəstənin rahatlığını tam təmin etməyinə imkan yaradır. Burada ən müasir anesteziya avadanlıqları və cərrahi cihazlar və avadanlıqlar, o cümlədən endoskopik dayanacaqlar quraşdırılmışdır.
Bütün bu sadalanlar cərrahi əməliyyatların qısa müddətə az travmatik və fəsadsız həyata keçirilməsi üçün geniş imkanlar yaradır. Premium Clinic aparılan cərrahi əməliyyatlar geniş profilli olub həm klassik metodların tətbiqi həm də Laporoskopik cərrahiyə üsullarla həyata keçirilir.
Ümumiyyətlə cərrahiyyə əsasən aşağıdakı istiqamətlərdə inkişaf etdirilmişdir :