Azərbaycan Tibb Universitetinin Terapevtik Klinikası  - Dövlət klinikaları

Azərbaycan Tibb Universitetinin Terapevtik Klinikası

Dövlət klinikaları


Haqqında

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 sentyabr 2007-ci il tarixli Sərəncamı əsasında inşa edilən, respublikada analoqu olmayan tədris, elmi-tədqiqat, müalicə və diaqnostika işlərini özündə birləşdirən, unikal bir universitet klinikasıdır.2007-ci il sentyabr ayının 18-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun Prezidenti,YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın iştirakı ilə klinikanın təməlqoyma mərasimi keçirilmiş,2010-cu il oktyabrın 1-də isə rəsmi açılışı olmuşdur.