Səriyyə Hüseynova - Travmatoloq-ortoped

Səriyyə Hüseynova

Travmatoloq-ortoped

Təcrübə : 30 il


Haqqında

Səriyyə Hüseynova - Həkim "Vertebroloq"
Səriyyə Hüseynova haqqında məlumat "20-21-ci əsrin yaradıcı və ziyalı insanları" kitabında dərc edilmişdir.

Təhsili

1990-1995-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin I Müalicə-profilaktikası fakultəsində ali təhsil almışdır.
1996-1997-ci illərdə M.Nağıyev adına TTYX-da həkim-cərrah kimi internatura keçmişdir. 
2016-cı il Fevral ayında Türkiyə Artroplastlar cəmiyyətinin təşkil etdiyi konfransda iştirak etmiş və "Artroloji problemlər" mövzusunda Medicabil xəstəxanasında ixtisaslaşmışdır.

Kurslar

"Onurğa problemləri" kursu-Azərbaycan Travmatoloq və Ortopedlərin Assosasiyası İctimai Birliyi (ATOA) 
"Dayaq Hərəkət sisteminin yaşla əlaqədar xəstəlikləri, terapevtik və travmatoloji aspektdən müalicəsi profilaktikası" kursu-(ATOA)
"Female health BRsM " course -organized by İSOHH ( İnternational Society of Homotoxicology and Homoeopathy).

İş Təcrübəsi

1997-2012-ci illərdə 14 saylı BŞX-da həkim cərrah-travmatoloq-vəzifəsində çalışıb. 
2003-2008-ci illərdə Xəzər rayonu Hərbi Həkim Ekspert Komissiyasında həkim cərrah-travmatoloq-onkoloq kimi çalışıb.
2012-2014-cü illərdə V. D Əliyev adına Onurğa Mərkəzində baş həkim, həkim vertebroloq vəzifəsində çalışıb.
2014-2016-cı illərdə Baku Klinikasında həkim vertebroloq vəzifəsində çalışıb.
2016-cı ildən bu günədək VİP Milana hospitlda həkim vertebroloq vəzifəsində çalışır.