Aslanov Babək - Həkim "Nevroloq"
1993 –ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə -profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
1994-cü ildə internatura keçmişdir.
2000-ci ildə “Psixonevrologiya” üzrə ixtisaslaşma kursu keçmişdir.
2002-ci ildə Türkiyə respublikasının Əskişəhər şəhərində klinik təcrübə keçmişdir.
Turkiyə respublikası, Rusiya federasiyası, Belarus respublikasında elmi praktik konfranslarda iştirak etmişdir.
1993-2017- cı illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində həkim kimi fəaliyyət göstərmişdir. Uzun müddət Həkim Uçuş komissiyasının sədri və nevroloqu olmuşdur.
"Usta" dərəcəli nevroloqdur.
2017 –cı ildən Turan klinikasında həkim-nevroloq kimi çalışır.
12 aprel 2018 il tarixində Həkimlərin sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikasının ərazisində Nevrologiya ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir.