Xanım Adıgözəlova - Mama-ginekoloq

Xanım Adıgözəlova

Mama-ginekoloq


Haqqında

Həkim mama-ginekoloq Xanım Adıgözəlova 2011-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini, 2017-ci ildə isə sözügedən universitetin mamalıq-ginekologiya kafedrasında rezidentura təhsili almışdır.

Həkim mama-ginekoloq Xanım Adıgözəlova yerli və beynəlxalq protokollarla işləməyə, xüsusən də ACOG və ESHRE ilə işləməyə üstünlük verir.

Kiçik və orta həcmli mamalıq və ginekoloji əməliyyatları icra edir.  Bununla yanaşı, normal və patoloji hamiləliklər zamanı tam və hər tərəfli antenatal xidmət, ginekoloji xəstəliklərin diaqnostikası və müalicəsi, mamalıq və ginekoloji USM müayinəsi, kolposkopik müayinə kimi müayinələr edir.

İcra olunan prosedurlar

Həkim mama-ginekoloq Xanım Adıgözəlovanın icra etdiyi ginekoloji prosedurlar bunlardır:

  • Hamiləlik təqibi
  • Normal və patoloji doğumlar
  • Sonsuzluq müalicəsi
  • Ginekoloji xəstəliklərin müayinə və müalicəsi

Ginekoloji əməliyyatlar

İş Təcrübəsi

Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda rezident mama-ginekoloq | 2011-ci il oktyabr - 2013-cü il fevral  
7 saylı doğum evində rezident mama-ginekoloq | 2013-cü il fevral - 2015-ci il iyul  
ATU Cərrahiyyə klinikasında rezident mama-ginekoloq | 2015-ci il iyul - 2017-ci il noyabr 
Almaniyada “UKSH Lübeck Frauenklinik”də həkim mama-ginekoloq | 2017-ci il noyabr - 2018-ci il fevral 
5 saylı Kliniki doğum evinin qadın məsləhətxanasında həkim mama-ginekoloq | 2019-cu il oktyabr – 2023-cü il yanvar
Türkiyənin Ege Təhsil və Araşdırma Universitetinin Qadın xəstəlikləri və Doğum şöbəsində (Eğitim ve Araşdırma Üniversitesinin Kadın hastalıkları ve doğum) həkim mama-ginekoloq | 2022-ci il iyul - 2022-ci il sentyabr 
Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu | 2022-ci il dekabr – hal-hazırda