T.E.N İnvaziv-uşaq kardioloqu Dr. Elnur İmanov - 14 may 1974-cü ildə Bakı şəhərində anadan olub. Orta təhsilini Bakı şəhəri 264 nömrəli orta məktəbdə alıb. Ali təhsilini müxtəlif illərdə Türkiyə Cümhuriyyətində yerləşən Tibb Universitetlərində alıb, ixtisaslaşmasını Amerikanın Çikaqo şəhərində yerləşən Rush Universitetində davam etdirib. İş karyerasına isə Türkiyə Cümhuriyyətində başlamış, Azərbaycan Respublikasında davam etdirmiş. Azərbaycan Respublikasında və eləcə də bir çox xarici ölkələrdə keçirilən çoxlu sayda elmi konqreslərdə iştirak edib.
T.E.N Elnur İmanov xarici (Türkiyə, ABŞ) və ölkə mətbuatında çap olunmuş 64 elmi işin müəllifidir.
2009-cu ildə Uşaq Kardiologiya elmi işini müdafiə edib və tibb elmlər namizədi adı almağa layiq görülüb.
2001-ci ildə İ.Ü.Cərrahpaşa Tibb Fakültəsini bitirib.
2004-2006-cı illərdə Azərbaycan Tibb Universitetinin "Uşaq xəstəlikləri" kafedrasına aspiranturaya qəbul olub və həmin illərdə İstanbul Universitesi Çapa Tibb Fakültesi Uşaq Xəstəlikləri kaferdasında təhsil alıb.
2006-2009-cu illərdə İstanbul şəhərində Dr Siyami Ersek Kalp Damar Cərrahiyə Xəstəxanasında uşaq kardioloqu təhsili alıb.
Müalicə etdiyi xəstəliklər:
-Ana bətnində uşaqların
ürəyinin incələnməsi və müayinəsi
- Uşaq ürək xəstələrinin müayinəsi
- Exokardioqrafiya
-EKQ çəkilməsi, dəyərləndirilməsi
- Anadangəlmə ürək qüsurlarının müalicəsi
Müalicə etdiyi xəstəliklər:
-Ana bətnində uşaqların
ürəyinin incələnməsi və müayinəsi
- Uşaq ürək xəstələrinin müayinəsi
- Exokardioqrafiya
-EKQ çəkilməsi, dəyərləndirilməsi
- Anadangəlmə ürək qüsurlarının müalicəsi
2009-2011-ci illərdə Mərkəzi Klinikada Uşaq Kardioloq vəzifəsində işləyib.
2011-2019-cu illərdə M.A.Topcubaşov adına Elmi Cərrahiyyə Mərkəzi Uşaq Ürək Cərrahiyə şöbəsində Uşaq Kardioloq Böyük Elmi İşci vəzifəsində işləyib.
Hal-hazırda ATU Tədris Terapevtik klinikasında İnvaziv Uşaq Kardioloqu və Mərcan Klinikasında isə Baş həkim vəzifəsində çalışır.