Təhsili
- Azərbaycan Tibb Universiteti, Müalicə-profilaktika fakültəsi – 1998-2004;
- Rusiyanın Moskva şəhərində yerləşən A.N.Bakulev adına Ürək-Damar Cərrahiyyəsi Elmi-Tədqiqat Mərkəzində ürək-damar cərrahı, klinik ordinatura – 2004-2006;
- Rusiyanın Moskva şəhərində yerləşən A.N.Bakulev adına Ürək-Damar Cərrahiyyəsi Elmi-Tədqiqat Mərkəzində ürək-damar cərrahı, aspirantura – 2006-2009;
- 2010-cu ildə həmin elmi mərkəzdə müdafiə edərək tibb üzrə fəlsəfə doktoru adına layiq görülüb;
- Mərkəzi Neftçilər Xəstəxanasında ürək-damar cərrahı kimi fəaliyyət göstərib – 2009-2012;
- Respublika Diaqnostika Mərkəzində ürək-damar cərrahı vəzifəsində çalışır – 2012-ci ildən bu günədək.
Kurslar
- Berlində yerləşən Charite Xəstəxanasında Avropa tələbələrinin 17-ci konfransında minimal invaziv koronar cərrahiyyə haqqında elmi işini təqdim edib – 2006;
- İzmirdə Türk Kalp ve Damar Cerrahisi Derneğinin 10-cu Ulusal Kongresi – 2008;
- Antalyada Türk Kalp ve Damar Cerrahisi Derneğinin 11-ci Ulusal Kongresi – 2010;
- Qazaxıstanın Astana şəhərində “Advanced Cardiac Workshop” – 2012;
- Bakıda Respublika Diaqnostika Mərkəzində “Mitral qapaq təmiri” kursu – 2014;
- İstanbulda “Aort qapaq təmiri” kursu – 2014;
- Antalya Türk Damar ve Endovasküler Cerrahi Derneğinin 17-ci Kongresi – 2015;
- Almaniyanın Leypsiq şəhərində Herzzentrum Leipzig Xəstəxanasında “Minimal invaziv ürək cərrahiyyəsi” kursu – 2017;
- İtaliyanın Roma şəhərində “ISMICS (The International Society for Minimally Invasive Cardiothoracic Surgery) Annual Meeting” – 2017;
- Almaniyanın Ştutqart şəhərində Robert Bosch Xəstəxanasında “Minimal invaziv ürək cərrahiyyəsi” kursu – 2018;
- Ankara TOBB ETU Xəstəxanasında “Minimal invaziv ürək cərrahiyyəsi” kursu – 2018;
- İstanbul “Siyami Ersek” Ürək-damar Xəstəxanasında kursda iştirak edib – 2019;
- Kievdə “Dobrobut Cardiac Center”də “Minimal invaziv ürək-cərrahiyyəsi” kursu – 2019;
- Hollandiya Maastrixt şəhərində “Minimal invaziv qapaq” kursu – 2019;
- Avstriyanın İnsbruk şəhərində “Minimal invaziv qapaq cərrahiyyəsi” kursu – 2019;
- Portuqaliyanın Lissabon şəhərində “33th EACTS Annual Meeting” – 2019;
- Istanbul Medical Park Xəstəxanasında “Minimal invaziv ürək cərrahiyyəsi” kursu – 2019;
İcra olunan prosedurlar
- Aorta-koronar şuntlama (ürəyin tac damarları üzərində əməliyyatlar);
- Ürək qapaq əməliyyatları (protezləşdirmə və plastika);
- Aorta üzərində əməliyyatlar (anevrizma və disseksiya cərrahiyyəsi);
- Böyüklərdə anadangəlmə ürək qüsuru əməliyyatları (12 yaşdan yuxarı);
- Minimal invaziv ürək əməliyyatları (5-7 sm-lik kiçik kəsiklə və döş sümüyünü kəsmədən, qabırğa arasından koronar, qapaq və anadangəlmə ürək qüsuru əməliyyatları);
- Yuxu arteriyası üzərində əməliyyatlar (karotis arteriya cərrahiyyəsi).
İş Təcrübəsi
2009-cu ildən başlayaraq.