Nərgiz İmanova - Cərrah-proktoloq

Nərgiz İmanova

Cərrah-proktoloq

Təcrübə : 35 il


Haqqında

Tibb üzrə fəlsəfə doktoru - "Ümumi Cərrah" və "Cərrah Proktoloq" İmanova Nərgiz Cahangir qızı.

Təhsili

1983-cü ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun II müalicə profilaktika fakultəsinə daxil olub.
1989-cu ildə təhsilini fərqlənmə diploma ilə başa vurmuşdur.
1989-1990-cı illərdə akad. M.Ə.Mir-Qasimov adına Rexpublika Kliniki xəstəxanasının II cərrahiyyə şöbəsində cərrahiyyə üzrə internatura keçib.
2007-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək Tibb Elmləri namizədi elmi dərəcəsini almışdır.
Hal-hazırda tıbb elmləri doktorluğu dissertasiyası üzərində işləyir.
 

Kurslar

İsveçrə (Davos), Rusiya, Ukraina, Türkiyə və s. ölkələrdə ixtisası üzrə dəfələrlə təkmilləşmə kursları keçmiş, Avropa Koloproktologiya Cəmiyyətinin (ESCP), Türkiyə (TKRCD) və Azərbaycanın Koloproktoloji Cərrahiyyə Dərnəklərinin (AKPCD), həmçinin bir sıra digər cərrahi cəmiyyət və dərnəklərin üzvüdür. Mütəmadi olaraq həmin cəmiyyət və dərnəklərin konqreslərində iştirak edir. 60-dan çox elmi əsərlərin müəllifidir; elmi məqalələri dünya və Azərbaycan tibbi jurnal və elmi əsərlər toplusunda çap olunmuşdur.

İcra olunan prosedurlar

Koloproktologiya , o cümlədən cərrahiyyə üzrə bütün əməliyyatları , ginekoloji əməliyyatları açıq və laparoskopik üsulla uğurla yerinə yetirir.

İş Təcrübəsi

1990-1994-cü illərdə təyinat üzrə Sumqayıt şəhərinin müxtəlif poliklinika və xəstəxanalarında həkim-cərrah vəzifəsində çalışıb və əvəzçiliklə Respublika Klinik Xəstəxanasinda həkim cərrah kimi fəaliyyət göstərib.
1994-cü ildən akad. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə mərkəzində ilk olaraq irinli-septik cərrahiyyə şöbəsində çalışıb,
2006-ci ildən hal-hazırkı dövrə qədər isə koloproktoloji cərrahiyyə bölümündə elmi işçi, həkim cərrah işləyir.