Fransada ixtisaslaşmış Quliyeva İlahə - Həkim "Cərrah mama-ginekoloq"
Avropa Endoskopik Ginekoloqlar Cəmiyyətinin və Fransa Milli Mama Ginekoloqlar Kollecinin üzvüdür. 1983-cü ildə Bakı şəhərində ziyalı ailəsində doğulub. 1999-cu ildə Kimya biologiya təmayüllü respublika baza liseyini Fərqlənmə Attestatı ilə bitirib. 1999-cu ildə Azərbaycan Tibb Universitetinin Müalicə İşi fakültəsinə yüksək balla (642 bal) daxil olub. 2005-ci ildə Azərbaycan Tibb Universitetini Fərqlənmə Diplomu ilə bitirib. 2005-2006-cı il A.T.Abbasov adına Şəhər Onkoloji Dispanserin Onkoginekologiya şöbəsində internatura keçmiş və Onkoloq ixtisasını qazanmışdır. 2006-2010-cu illərdə Fransanın Lyon şəhərində Claude Bernard Lyon 1 Universitetində Mamalıq və Ginekologiya ixtisası üzrə təhsil almışdır. 2006-2010-cu illərdə Fransanın Lyon şəhərində Qadın Ana Uşaq Universitet Baza Xəstəxanasında rezident mama-ginekoloq vəzifəsində çalışmışdır. 2006-2010-cu illərdə Fransa Dövlət Təqaüdünə və Azərbaycan Dövlət Təqaüdünə layiq görülmüşdür. 2018-ci ildə Mamalıq Ginekologiya və Cərrahlıq ixtisasları üzrə Tibb üzrə Fəlsəfə Doktorluğu elmi dərəcəsi üçün müdafiə etmişdir.
2006-2007-ci illərdə Vaginal Cərrahiyyə Diplomu, Claude Bernard Lyon 1 Universiteti, Lyon , Fransa
2007-2008-ci illərdə Laparoskopik Anatomiya və Disseksiya Diplomu Montpellier 1 Universiteti, Montpellier, Fransa
2008-2009-cu illərdə Sonsuzluq üzrə Master 1, Claude Bernard Lyon 1 Universiteti, Lyon, Fransa
2009-2010-cu illərdə Avropa Beynəlxalq Endoskopik Ginekoloji Cərrahiyyə Diplomu, Clermont Ferrand, Fransa
Fransa Milli Mama Ginekoloqlar Cəmiyyətinin və Avropa Endoskopik Ginekoloji Cəmiyyətin üzvüdür. İndiyədək çoxlu sayda konqreslərdə iştirak etmişdir və edir.
2010-cu il noyabr ayından Mərkəzi Gömrük Hospitalının Mama Ginekologiya şöbəsində cərrah mama ginekoloq kimi çalışmışdır. 2011-ci ildən etibarən Oksigen Klinik Xəstəxanasının Mama Ginekologiya Şöbəsinin Müdiri olmuşdur.
2012-ci ildən Bakı Medical Plaza Klinikasında cərrah mama ginekoloq kimi fəaliyyətdə olmuşdur.
2013 -cü ilin noyabr ayından Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun Mama Ginekologiya kafedrasının əməkdaşıdır və ginekologiyanın ən müasir diaqnostika, müalicə üsulları mövzularında leksiyalar deyir. Həmçinin gənc kadrların və rezidentləri yetişdirən aktiv kuratordur.
2018-ci ildə bu günədək Baku Medikal Plaza Klinikasının Babək filialında cərrah mama ginekoloq vəzifəsində çalışır.