Medeks  - Tibbi avadanlıqlar

Medeks

Tibbi avadanlıqlar


Haqqında

Əsas fəaliyyət istiqaməti tibbi, kosmetoloji, laborator, spa və sanator-kurort avadanlıqlarının satışı və texniki servisi, eləcə də tibbi sərf məlzəmələrinin satişindan ibarət olan Medeks MMC 2006-cı ildə təsis edilib. Fəaliyyət göstərdiyi bu illər ərzində şirkət geniş distributorluq şəbəkəsi yaratmağa nail olub. Dünyanın inkişaf etmiş ölkələrinin 80-dən çox nüfuzlu şirkəti ilə əməkdaşlıq edən Medeks MMC ən yeni texnologiyaları müştərilərinə təqdim edir. Böyük layihələrin kompleks şəkildə avadanlıqlarla təchiz olunması ilə yanaşı, geniş spektrli tibbi, laborator və kosmetoloji avadanlıqlar pərakəndə satış mərkəzində müştərilərə təklif olunur.

Lakin şirkət sadəcə avadanlıqların satışı ilə kifayətlənmir. Medeks texniki servis departamenti, dünyanın bir çox ölkələrində təlim keçmiş yüksək ixtisaslı texnik, elektron və kompyüter mühəndislərinin köməyi ilə istifadədə olan tibbi, kosmetoloji və laborator avadanlıqların texnik servisini həyata keçirir. Departamentin  texniki cəhətdən lazımi səviyyədə təchiz olunması çağırışlara təxirəsalınmaz və peşəkar xidmət göstərilməsinə səbəb olur.

Bundan əlavə, Medeksin çoxillik təcrübəyə malik işçi komandası müştərilərinə tibbi, kosmetoloji və SPA mərkəzlərinin, eləcə də müxtəlif təyinatlı laboratoriyaların qurulmasında ilkin məsləhətlərdən və layihələndirmədən başlayaraq obyektin tam hazır vəziyyətdə təhvil verilməsinə kimi geniş xidmət çeşidi təklif edir. Indiyədək şirkət 40-dan artıq müxtəlif profilli dövlət və özəl müəssisələrin qurulmasında iştirak edib. Bu layihələr nəinki Azərbaycanın müxtəlif bölgələrində, hətta ölkəmizin hüdudlarından kənarda da həyata keçirilmişdir.

Medeks MMC hər zaman ən yeni, ən müasir texnologiyaları tətbiq edir və “ilk”lərə imza atmağa çalışır. Qeyd etmək yetərlidir ki, Azərbaycanda eşitmə qüsurlu şəxslərin, xüsusən də azyaşlı uşaqların koxlear implant əməliyyatlarını LOR Hospitalın cərrahi dəstəyi ilə ilk dəfə həyata keçirən məhz Medeks şirkəti olub. Ötən bir il ərzində 95 pasient həm xarici, həm də yerli cərrahlar tərəfindən əməliyyat olunaraq eşitmə protezləri ilə təmin olunublar.

Medeks fəaliyyət göstərdiyi bu on il ərzində bir sıra mötəbər tədbirlərin iştirakçısı olub, müxtəlif mükafatlarla təltif olunub. 2009-cu ildə Medeks Azərbaycanda Tibbi nominasiya üzrə “İlin şirkəti” elan edilib, 2012-ci ildə isə Avropa Biznes Assambleyasının Vyana şəhərində keçirilən təqdimat mərasimində tibb, kosmetologiya və laboratoriyalar nominasiyasında “Ən yaxşı şirkət” mükafatını qazanıb. Qoşqar Təhməzli isə şirkətin rəhbəri olaraq “Ən yaxşı top-menecer” adına layiq görülüb. Hər il Azərbaycanda təşkil edilən Beynəlxalq Səhiyyə Sərgisində də Medeks MMC dövri olaraq çox uğurla iştirak edir.