Bio Estetik Group  - Estetik avadanlıqlar

Bio Estetik Group

Estetik avadanlıqlar


Haqqında

BİO ESTETİK GROUP artıq 10 ildən yuxarıdır ki, öz xidmət sahələrinin çoxçeşidliyi ilə fəaliyyət göstərir. Bu xidmət sahələri müasir zamanın ən aktual problemləri sayılan artıq çəki, bədəndə olan arzuolunmaz tüklərin yaşatdığı diskomfort, havada olan sərbəst radikallar və yaşla bağlı çatışmazlıqlarla  bağlı olan kosmetik və estetik problemlərin aradan qaldırılmasına xidmət edir.
 

Yəni bizim xidmət dairəmiz  kosmetologiya, epilyasiya və arıqlama sahələrini əhatə edir.

Eyni zamanda bu sahələrdə özümüzün də tətbiq etdiyimiz, kosmetik mərkəz və kabinetlərdə, tibbdə, ev şəraitində istifadə oluna bilən avadanlıqların, estetik cihazların satışı və servisi üzrə fəaliyyət göstərən Bio Estetik Group yüksək keyfiyyətli məhsullarla bir çox qabaqcıl müəssisələri təmin edir.


Şirkət 3 filialda fəaliyyət göstərir. Hər üç filialda öz işinin mütəxəssisi olan 30 nəfərdən artıq işçi heyəti çalışmaqdadır.

Xidmətlərimizin keyfiyyətini artırmaq məqsədilə filiallarımız gigiyenik cəhətdən standartlara tam cavab verir. 

Bir çox avadanlıqların, kosmetik cihazların satışı və təmir servisi üzrə professional fəaliyyət göstərən Bio Estetik Group, yüksək keyfiyyətli məhsullarla bir çox qabaqcıl müəssisələri və klinikaları təmin edir.

Müştəriləri qane etmək məqsədilə, şirkətin satış bölməsində təklif olunan hər avadanlıq ilk öncə BİO ESTETİK GROUP-un estetik xidmət bölmələrində tətbiq olunur. Və yalnız avadanlıqların keyfiyyətinə əmin olduqdan sonra həmin avadanlıqların satışı həyata keçirilir.