🔵Skolioz onurğanın yana doğru əyilməsi nəticəsində yaranan deformasiya olub uşaqlarda və yeniyetmələrdə tez tez qarşılaşdığımız bir durumdur.
🔵Daha çox qız uşaqlarında rast gəlinir və rast gəlinmə tezliyi oğlanlardan10 dəfə çoxdur.
🔵Böyük əksəriyyət skoliozlar 10-20° arasinda olur . Döş fəqərələrində bel fəqərələrinə nisbətən daha çox görülür, sağ tərəfli formalar sola nisbətən daha sıx müşahidə olunur.
🔵Xəstələrdə ən çox kəskin və xroniki ağrılar müşahidə olunur.Böyük dərəcəli əyriliklər ciddi kardiopulmonar yetməzliyinə hətta ani ölümə səbəb ola bilər.
🔵Xəstəliyə diaqnoz qoymaq üçün sadə tam onurğa rentgenoqrafiyası aparılmalıdır, şübhəli hallarda MRT də çəkilə bilər (tumor, kist və.s)
🔵Xəstəliyin müalicə taktikasının seçilməsində onurğanın skeletal inkişafının tamamlanması həll edici rol oynayır . Adətən qız uşaqlarında ilk aybaşı qanaxmasından 2 il sonra təxminən onurğanın tam formalaşması tamamlanır.
🔵Müalicəsinə gəldikdə isə əyilmə bucağının dərəcəsinə görə konservativ və ya cərrahi müalicə seçilə bilir. Konservativ müalicəyə müxtəlif masaj, idman hərəkətləri, onurğa korsetlərini qeyd etmək olar. Əyilmə bucağı böyük olan xəstələrdə isə tək müalicə cərrahiyədir.
🔵Həkimin tövsiyyəsi : Bu tipli problemləri uşaqlarınızda müşahidə etdiyiniz zaman yubanmadan ortopedə müraciət edin ve erkən mərhələdə olan deformasiyalar əməliyyatsız olaraq həll oluna bilir, məsələyə səhlənkar yanaşıldığı zaman əyilmə bucağı uşaq böyüdükcə daha da artır və deformasiyanın şiddəti daha da böyük olur, əməliyyat qaçınılmaz olur.