YAŞLILARDA ZOB (TİROİD VƏZ) PROBLEMLƏRİ
Yaşlı insanlarda 👵🧓 tiroid vәzinin disfunksiyası gәnclәrlə müqayisədə iki dәfә daha çox rastlanır. Yaşlandıqca vәzin fiziologiyası dәyişir. Tiroid xәstәliyinin simptomları da yaşlılarda daha fәrqli olur. Yaşlılarda hipotiroid , hipertiroidə nəzərən daha sıx rast gәlinir. Hipertiroid adәtәn ürәk-damar, nevroloji xәstәliklәrin kәskinlәşmәsi ilә aşkar olunur. Xәstәlәr qәbizlikdәn, iştahın olmamasından, sümük kütlәsinin azalmasından şikayәt edirlәr.