Varikosel

Varikosel

Müəllif: Emin

Tarix: 5 Oct.2021

Varikosel - xayalarda qanı boşaldan damarların müxtəlif səbəblərlə genişlənməsidir. Nəticədə xayalarda qan dövranının pozulması skrotal temperaturun artması və toksik maddələrin artması səbəbiylə spermatogenezin pozulmasına (spermanın sayının, hərəkətliliyinin və morfologiyasının) və sonsuzluğa səbəb olabilir. Bəzən varikosele olan xaya və xaya ətrafı nahiyədə ağrı olur.

Varikosel daha çox sol tərəfdəki xayada görülür. Nadirən sadəcə sağ tərəfdə vəya hər iki tərəfdə də görülə bilər (%10-15). Varikosele xayada istilik artışı başda olmaq üzrə bir çox problem yarada bilər. Tədqiqatlar bunu göstərir ki sonsuzluq şikayəti ilə müraciət edən kişilərin %35-40-da varikosel müşahidə edilmişdir.