Anadangəlmə Hidronefroza ən sıx patoloji səbəb Ləyən-Sidik Axarı Seqmentinin Darlığıdır, buna ueretopelvik darlıq (UP darlıq) da deyilir. Ən çox təxmin edilən səbəbi sidik axarının böyrəyə yaxın hissəsində embrioloji inkişafınının pozulması və dairəvi əzələ hüceyrələri arasında kollagen liflərinin çoxalması və bunun nəticəsində darlığın əmələ gəlməsidir. Bununla yanaşı bəzi hallarda səbəb böyrəyin qeyri-normal yerləşən damarların ureteropelvik hissəyə təzyiqi nəticəsində darlığın əmələ gəlməsidir.
Əgər xəstəlik əlamətləri yoxdursa, hidronefrozun dərəcəsi yüksək deyilsə təqib edilir. Çünki bəzən darlıq öz-özünə düzələ bilər və ya müdaxilə ediləcək səviyyədə deyil.
Əgər əlamətlər görülürsə, böyrək funksiyasında azalma olubsa, böyrək ləyəni böyüməyə davam edirsə o zaman əməliyyat qərarı alınır. Əməliyyatın vaxtı ilə bağlı müxtəlif fərqli fikirlər olsa da, daha çox ilk 2 il ərzində həyata keçirilməsi tövsiyyə olunur.