Piylənmə piy toxumasında və digər orqanlarda sağlamlığa zərərli anormal və yüksək miqdarda piy toplanmasıdır.
Bədən kütlə indeksi 85-95% arasında artıq çəkili, >95% isə piylənmə sayılır.
Ailədə uşaqlar hər iki valideyn obez olduqda 80%, bir valideyn obez isə 40%, ailədə piylənmə yoxdursa 15% risk altındadır.
Ana südü (25%) alanlarda piylənmə yaranma riski smesle (68%) böyüyənlərə görə daha aşağıdır. Zamanından erkən əlavə qidaya başlayanlarda həyatlarının irəli zamanlarında piylənmə yaranma riski yüksəkdir.
Passiv oturaq həyat tərzi keçirən uşaqlarda, ekran qarşısında ( tv, telefon, tablet və s.) gündəlik 2 saatdan çox vaxt keçirənlərdə də piylənmə müşahidə edilir.
Uşaqlarda piylənmənin yaranmasını günlük düzgün qidalanma və aktiv həyat tərzi ( idmanla məşğul olmaq, yerimək) ilə önləmək mümkündür.