Sidik kisəsi xərçəngi müxtəlif patoloji və sitogenetik xarakteristikaya malik olan heterogen xəstəlikdir. Sidik kisəsi şişlərinin 95 %-i bədxassəli şişlərdir və adətən 55-60 yaşında rast gəlinir. Sidik kisəsinin bədxassəli şişlərinin təxminən 95%-ni transizyonel hüceyrəli karsinoma (digər adı: urothelial cell carcinoma, UCC); 5-10 %-ni isə yastı hüceyrəli karsinoma və adenokarsinoma təşkil edir. Sidik kisəsi xərçəngi kişilər arasında ən çox rast gəlinən 4-cü, qadınlar arasında isə 10-cu bəd xassəli şişdir. Sidik kisəsi xərçəngi yüksək residivvermə sıxlığın malikdir.
Limfoma, sarkoma və metastazlar nadir hallarda rast gəlinir. Embrional rabdomiosarkoma uşaqlarda ən çox rast gəlinən sidik kisəsinin bədxassəli şişidir.
Sidik kisəsi xərçəngi rastgəlmə tezliyinə görə kişilərdə qadınlara nisbətən üstünlük təşkil edir. Əmələ gəlməsində riski ən çox artıran sigaret çəkməkdir. Boya, dəri, tekstil və sənayesində işləyənlərdə də sidik kisəsi xərçəngi görülmə sıxlığı artmıştır. Dəqiq diaqnozu sistoskopiya ilə sidik kisəsində görülən törəmənin qapalı yolla rezeksiyası və əkilməsi ilədir. Bu eyni zamanda da erkən mərhələdəki törəmənin müalicəsidir.