Böyrək daşları kişilərdə qadınlara görə 3 qat daha çox görülür.Ən çox kalsiyum oksalat daşları görülsə də,daha az olaraq strüvit,sistin,ürik asit ve s. daşları da görüləbilər.Bu daşlar bəzən sidiyi böyrekden sidik kisəsinə aparan axara da düşəbilir.Sidik axarı daşlarının ən əhəmiyyətli simptomu şiddətli bel ağrısı (kolik ağrı),ürək bulantısı ve qusmadır.Mütləq olmasa da sidikdə qanaxma da görüləbilər.Sidik axarının üst qismində olan daşlarda ağrının qasıqlara yayılabiləcəyi kimi, alt hissəsində olan ağrılar tez tez sidiyə çıxma,sidikdə yanma simptomlarını göstərəbilər.Bəzən sidik axarına düşən daşlar axarı ani olaraq tıxamadığı üçün böyrəkdə yavaş yavaş genişləmə əmələ gətirir.Bizim üçün ən təhlükəki olan bu daşlarda ağrı çox az və ya heç olmaz ve bu səbəblə də xəstələt tərəfindən əhəmiyyət verilməz.
Sidik axarı daşlarının diaqnozunda sidik analizi, ultrasəs müayinəsi,qan analizi ve rentgen olunsa da bu daşları ən dəqiq görsədən kontrastsız(nativ) komputer tomoqrafiyasıdır.
1 cm’den böyük olan daşların müdaxiləsiz düşmə ehtimalı çox azdır.8 mm’dəb kiçik olan sidik axarı daşlarının %80-i 4 hefte müddetində müalicə ilə düşə bilər.1 ay ərzində düşməyən daşlara cərragi müdaxilə düşünülməlidir.Qızıl standard isə Holmium Lazer ilə URS (üreterorenoskopiya) əməliyyatl olunmasıdır.