Diabet, gözün özəlliklə sinir təbəqəsinə (retinaya) və bu təbəqədəki incə damarlara təsir ederek, onların funksiyasını pozub görmə itirilməsinə yol açır. Şəkər xəstəliyinə bağlı retina pozulmalarına diabetik retinopatiya adı verilir.
Diabetik retinoptiyanın səbəbləri:
Diabetik retinopatiyanın əmələ gəlməsində rol oynayan risk faktorlarından ən vacibi şəkər xəstəliyinin müddətidir. Özəlliklə diabet diaqnozu qoyulmasından 10 il keçmişsə retinopatiya riski artmış olur. Qan şəkərinin düzənsiz olması, yəni, anidən yüksəlməsi və ya düşməsi retinanın pozulmasına səbəb olur. Hamiləlik, hipertenziya (yüksək arterial təzyiq), qan yaglarının yüksəlməsi (hiperlipedimiya), böyrək xəstəlikləri retinopatiyanı ağırlaşdırır.
Şəkər xəstəliyi retinadakı incə damarların quruluşunu pozmaqla, hüceyrə itirilməsinə yol açaraq damar keçirgənliyinin pozulmasına, sarı ləkə nahiyəsində maye və yağlı maddələrin toplanmasına və eyni zamanda incə damarları tıxayaraq bəslənməyən sahələrin ortaya çıxmasına səbəb olur. Retinda tez qanayan yeni damarlar əmələ gəlir və get gedə görmənin itirilməsinə səbəb olur.
Şəkər xəstələrinə məsləhətim: vaxtında göz müayinəsindən keçin!