Qastroparez

Qastroparez

Müəllif: Şahnaz

Tarix: 28 Apr.2023

Qastroparez mexaniki obstruksiyanın olmadığı zaman mədənin gec boşalması ilə əlaqədar olan sindromdur. Bu zaman bərk qidanın mədədən nazik bağırsağa boşaldılmasında daha çox problem yaranır. Lakin maye halında olan qida məhsullarının mədədən boşaldılması problemi movcud olan zaman xəstəliyin proqnozu daha pis sayılır.

İdiopatik Qastroparez əhalinin 4%də rast gəlinir və daha çox 30-35 yaşında olan qadınlarda tez-tezt rast gəlinir. Birinci tip diabeti olan xəstələrin 50% və ikinci tip diabeti olan xəstələrin 30% qastroparezdən əziyyət çəkir. Peptik Xora Xəstəliyinə görə trunkal vaqotomiya edilmiş xəstələrin 15-20%də drenaj üçün qastro-enterostomiyanın qoyulmasına tələb edən mədənin gec boşaldılması simptomları aşkar edilib. Eyni nəticələr Qastro-ezofaqal reflüksa görə fundoplikasiya, mədənin baypas (yandan keçmə) cərrahiyyəsi, pilorus saxlanması ilə aparılan Viple əməliyyatı, ezofaqektomiya və ürək, ağ ciyər transplantasiya olunmuş xəstələrdə də əldə edilib.

Müəllif: "Qastroenteroloq-hepatoloq" Dr. Şahnaz Atayeva.