– Qaraciyərin bir və ya daha çox funksiyalarının pozulduğu zamanı yaranan, metabolik pozğunluqlar, intoksikasiya, mərkəzi sinir sisteminin fəaliyyətinin pozğunluğu ilə müşayiət olunan kəskin və ya xroniki sidromdur.
Kəskin və xroniki qaraciyər çatışmazlığı mövcuddur.
Kəskin qaraciyər çatışmazlığı qaraciyərin zədələnməsindən 2 aydan gec olmayaraq inkişaf edir. Xroniki qaraciyər çatışmazlığının səbəbi isə qaraciyərin müxtəlif xroniki xəstəlikləri (şişləri, fibrozları, sirozu və s.) olur. Bu xəstəlik zamanı sarılıq, teleangioektaziya, ödəm, assit, hemorragik diatez, dispepsiya, qarından ağrılar, titrəmə, arıqlama müşahidə olunur. Bu kimi əlamətləri müşahidə etdiyiniz zaman həkim-qastroentroloqa müraciət etmək tövsiyə olunur.
Müəllif: "Qastroenteroloq-hepatoloq" Dr. Şahnaz Atayeva