«PLEXR» bir klinikanın eyni zamanda dermatologiya, kosmetologiya, ginekologiya, stomatologiya və cərrahiyyə bölməsini rahatlıqla yüksək səviyyədə və sərfiyyatsız şəkildə təmin edə biləcək, ikiqat patentli innovativ texnologiya, italyan ecazkarlığına sahib dizayn, universallıq, fantastik effekt, təhlükəsizlik və möcüzəvi orijinal plazma texnologiyasını özündə birləşdirən cihazdır. Plazmaterapiya sahəsində kuliminasiya nöqtəsi olan «PLEXR» cərrahiyyəsiz blefaroplastika, labioplastika, biopolimer fibrozlarının aradan qaldırılması, akne, post-akne, angioma, miliumlar, melazma, ksantelazma, dischromia, pinguecula, göbələk sonrası törəmələr, çapıqlar, qırışlar, ağız boşluğunda olan müxtəlif növ infeksion ləkələr və qaraltılar, implantlar üçün ağız boşluğunda yerin yaradılması, doğuş sonrası yaranan çapıqlar, qarın nahiyəsində natarazlıqlar və bir çox digər prosedurları rahatlıqla həyata keçirən universal bir cihazdır. «PLEXR» tibbi və estetik sahə üçün nəzərdə tutulan patentləşdirilmiş və təhlükəsiz cihazdır. Dünyanın 50-dən çox ölkəsində, 20 000 - dən çox kvalifikasiya olunmuş həkim tərəfindən istifadə olunur. Plazma axını vasitəsi ilə, müxtəlif növ dəri qüsurları, ləkələr, akne, qırış, papilloma, xal və ziyillər aradan qaldırılır, çapıqlar bərabərləşdirilir və dərin qırışlar bərpa edilir. Bu metod dərinin qaçınılmaz zədələnmə ehtimalını minimuma endirir, çünki nöqsanın aradan qaldırıldığı nahiyəni infeksiyaların düşməsindən qoruyan sıx qat yaradılır. Qısacası bu cihaz hər bir dermatoloqun və cərrahın inanılmaz nəticələr əldə etməsinə vasitəçi innovativ cihazdır.
Plazma adlandırılan elektrik texnologiyaların bu qədər yayıldığı bir zamanda «PLEXR» sadəcə adi bir yenilənmə ilə nəinki koaqulyatorları tamamilə qeyri-aktual edir, habelə fraksional lazerləri də mükəmməl şəkildə əvəz edir. Artıq «PLEXR» ilə dəri yenilənməsi, cavanlaşdırma, bir çox növ infeksiyalar nəticəsində yaranan törəmələrin rahatlıqla aradan qaldırılması mümkündür. Plazma enerjisinin yeni konfiqurasiyası ilə artıq rahatlıqla enerjini istər özünüz, istərsə də avtomatik tənzimləyə bilərsiniz. «PLEXR» dünyada gözdə pinguecula, chalazio və entropiya müalicəsi edən yeganə cihazdır. «PLEXR» cihazının əsas fərqi bütün lazerlərdən fərqli olaraq rahatlıqla idarə edilməsi və yalnız lazım olan nöqtəyə təsir etməsidir. Oxun uzağa atılmasına ehtiyac buraxmadan, yaydan çıxar-çıxmaz dəqiqliklə lazım olan nişanı tuta bilən bir texnologiya düşünün. «PLEXR» düşündüyünüz texnologiyanı real edən innovasiyadır
Texnologiya - ikiqat patentləşdirilmiş, 30-dan çox kliniki raporta malik,dünyanın ilk və yeganə plazma generatoru. «PLEXR» ilə təsir zamanı 3-cü tip kollogen yaranır. Prosedurlar - Dünya üzərində 100.000 dən çox rəsmi sənədləşdirilmiş prosedur, milyonlarla paylaşılan nəticə və seanslar Təhlükəsizlik - «PLEXR» cihazı havadakı qazların ionlaşmasından əmələ gəldiyinə görə təbii plazma enerjisidir və sadəcə problemli bölgəyə təsir edir, yan toxumalara qətiyyən təsir etmir. Dünyada yeganə gözün öz üzərində prosedurlar həyata keçirməyə icazə verən,tamamilə təhlükəsiz, qeyri-invaziv, qansız və tikişsiz yüngül-cərrahiyyə cihazı
Keyfiyyət - Ekoloji cəhətdən tamamilə təhlükəsiz material, ən yüksək keyfiyyətli metaldan hazırlanmış (AISI 316 MEDICAL IRON) sterilizə oluna bilən iynələr, gözəl dizaynlı interfeys və dünyanın yeganə 3 il zəmanətə malik cihazı. Pasientlər - Cərrahi olaraq keçirilən prosedurları eyni nəticə ilə keçirib ən qısa müddətli reabilitasiya dövrünü (7-10 gün) təmin edən estetik cihaz. Orijinallıq - Dünyanın heç bir ölkəsində rəqibə malik olmayan, təkrarlanması mümkünsüz olan orijinal texnologiya.