Övrə və övrəyəbənzər səpkilərin differensiyası

Övrə və övrəyəbənzər səpkilərin differensiyası

Müəllif: Çinarə

Tarix: 7 Oct.2021

Övrə səpgilərinə bənzər səpgilərlə müşahidə edilən bir sıra infeksion xəstəliklər var. Hansiki bu xəstəliklər zamani izlənən səpgilərin allergik mənşəli övrədəki səpgiylə differensasiyasina hər zaman ehtiyac duyulur. Diqqət yetirməli oldugumuz xəstəliklər aşağıdakılardır;

1. Qızılca (Rubeola),

2. Məxmərək (Rubella),

3. Skarlatina,

4. Suçiçəyi (Variasella) və Herpes zoster (Kəmərləyici herpes),

5. Eritema infeksiyozum (5. Xəstəlik),

6. Roseolla infantum (6. Xəstəlik və ya Egzantema subitum).

QİZİLCA (RUBEOLA)

- İnkubasion dövr 9-14 gün,

- Prodromal dövr yüksək hərarət konyuktivit fotofobiya göz qapağının ödemi, koplik ləkələri,

- Səpgilər (səpgilər yaranmağa başladıqda koplik ləkələri itir) makulopapilyar xarakterli olub qulağın dibindən və boyundan başlayır. 24 saat icərisində üz, qollar və gövdəyə yayılır. 2 ci gündən qurşaq, 3 cü gündən aşağı ətraflara yayılır. 6 gün içərisində zəif desquamatoz izlər qoyaraq solur. Səpgilər yaranmağa başladıqdan 2-3 gün sonra hərarət enir,

- Ağır hallarda səpgilər hemoragik ola bilər həmçinin petexia və purpurada müşahidə oluna bilər.

ATİPİK QIZILCA

-Səpgilər distaldan başa doğru yayılır,

-Koplik ləkələri nadir halda olur,

-Prodromal dövrdə konyuktivit və burun axıntısı olmur.

QIZILCAYA BƏNZƏR MƏXMƏRƏK

-İnkubasiya dövrü 14-21 gün -Səpgilər əsasən qızıl və qızılca xəstələyinə bənzəyir,

-Məxmərəkdə yüngül kataral əlamətlər olur və əsasən prodromal dövr nəzərə çarpmır,

- Xarakterik simtom və əlamətləri olur,

1. Limfoadenopatiya səpgidən 24 satt əvvəl yaranır və günlərlə davam edir. Adətən postaurikular, postoksipital yerləşir,

2. Səpgilər makulopapulyar və birləşməyə meyillidir. 2 ci gün səpgilər topa iynə başı şəklində olur. 3-cü gün zəif desquamasiya qoyaraq itir. Qaşınmır,

-Poliartrit,

-Yüksək hərarət.

SKARLATİNA

-Törədici A qrupu beta- hemolitik streptokoklar (kəskin tonzilit zamanı yaranan eritogenin toksik təsiri ilə qızıl yel meydana gəlir),

-İnkubasiya dövrü 1-7 gün,

-Xəstəlik kəskin tonzilitlə başlayır. 24 saat sonra makulopapulyar xarakterli səpgilər yaranır. Səpgilər üzdən başlayır gövdə və ətraflara yayılır. Ağızətrafı avazımışdır. Ağır gdişli hallarda qarın, əl və ayaqlarda vezikullar müşahidə olunur. Dırnaqların sərbəst uclarından başlayan qabıqlanma qızıl yel ücün xarakterikdir,

-1 ci gündə "ağ çiyələk" dil,

-4 cü gündən "qırmızı çiyələk" dil,

-Uvula və yumşaq damaq eritemalı, ödemli olur,

-Damaqda petexialar görülür. Badamcıqlar iltihablaşmışdır.

SUÇİÇƏYİ VƏ HERPEZ ZOSTER

-Törədicilər eynidir. 3cü tip herpes virusudur,

-Suçiçəyinə ömürlük imunitet yaranır. Lakin viruslar qanqlionlarda latent qalır və 10-15 % hallarda yetişkinlərdə herpes zoster olaraq təkrarlanır.

SUÇİÇƏYİ

-İnkubasiya dövrü 14-16 gün,

-Prodromal dövr 1-3 gün,

-Səpgilər qırmızı makulyar, ətrafı eritematoz, vezikulyar pustullar olur. Qabıqlanmadan sonra yoluxduruculuq itir.

HERPES ZOSTER

Səpgilər əsasən gövdə və ya ətraflarda tək bir sinir gedişatı boyunca görülür. Səpgilər orta xətti keçmir. Birləşmə xarakterli olur.

ERİTEMA İNFEKSİYOZUM (BEŞİNCİ XƏSTƏLİK)

-Törədici Human Parvovirus B19,

-Əsasən 5-15 yaş arası uşaqlarda müşahidə edilir,

-7-10 günlük viremiya fazasında nonspesifik qripəbənzər simptomlar görülür. Bu dövrdə çox yoluxdurucu olur. Prodromal dövr olmur,

-10-14 cü günlərdə səpgilər yaranır. Səpgilər yarandıqda yoluxduruculuq itir,

-SƏPGİLƏR üzdə kəpənək şəklində olur "sillələnmiş üz" görünümü yaradır. Perioral sahədə səpgilər olmur. 1-4 gün sonra gövdə, qol, ayaqların üst hissəsində yaranır. Səpgilər birləşir. Birləşmiş səpgilər orta hissədən sağalmağa başlayır. Əlin içi və ayaq altında səpgilər olmur. Səpgilər itir sonra təkrar yaranır. Bəzən həftələr sonra günəş işığının təsirindən, idman zamanı, hərarət yüksək olduqda əlamətlər yenidən müşahidə olunur. Səpgilər qaşıntılı olur.

ROSEOLA İNFANTUM (6. XƏSTƏLİK VƏ YA EGZANTEM SUBİTUM)

Törədici HUMAN HERPES VİRUS -6

Kiçik uşaqlarda kəskin febril xəstəliyin əsas səbəblərindən biridir. Əsas xüsusiyyəti yuksək hərarətlə gedən xəstəlikləri təqlid etməsi və hərarət fonunda qıcolmalara səbəb olmasıdır,

Xəstəlik əsasən 6 ay 4 yaş arası uşaqlarda və 90 % hallarda 2 yaşından əvvəl olur,

Ən xarakterik klinik əlaməti ani başlayan, 40.6 dereceye qerer yüksələn hərarətdir. Hərarət 2-8 gün davam edir və hərarətin enməsiylə səpgilər yaranmağa başlayır. Səpgilər gövdədən başlayıb üz, boyun, ətraflara yayılır. Səpgilər birləşmə xarakterli, 2-3 mm, makulyar və makulo papulyar, cəhrayı rəngli olur. 1-2 gün icərisində desquamasiya və piqmentasiya qoymada sağalır.

Övrə

Ortası solğun ətrafı eritemalı, selikli qişalar və dərinin ödemli dəyişikliyidir. Qaşıntılıdır. Üzərinə təzyiq etdikdə ağarır. Bədənin istənilən yerində yarana bilər. Mütləq şəkildə allergik anamnezə diqqət yetirilməlidir.

Səpgilər yaranmamışdan əvvəl xəstənin hər hansisa allergenlə kontakta olduğu aşkarlanmalıdır. Bunlara qida maddələri, dərmanlar, kosmetik vasitələr və.s faktorlar aid ola bilər.