Mədə yanmasının anlıq və uzun müddətli müalicəsində istifadə edilən çox sayda dərman vardır.
Xəstəliyi neytrallaşdıra biləcək süd, ya da içində turşu olmayan içkilər faydalıdır. Ya da antiasidlər tərzindəki sorma tabletləri kömək edə bilər.
Daha uzun müddətli təsir üçün istifadə edilən dərmanlar histamin blokerləri, ya da proton nasos inhibitorlarıdır.
Antiasidlər tərzindəki dərmanların davamlı istifadə edilməsinin ciddi bir qorxusu yoxdur. Antiasidlərin təsir müddəti çox qısadır. Bir neçə saat çəkə bilər.
Müəllif: "Qastroenteroloq-hepatoloq" Dr. Şahnaz Atayeva.