İnsulinoma

İnsulinoma

Müəllif: Nadirə

Tarix: 12 Oct.2021

Kontrolsuz insulin ifrazına bağlı olaraq qan şəkərlərinin düşməsi ilə nəticələnən mədəaltı vəzin endokrin şişidir. İnsulinomalar mədəaltı vəzin baş, cisim və quyruq hissələrində rast gəlinə bilir. Digər mədəaltı vəz endokrin xərçənglərindən fərqli olaraq insulinomaların 90% -i xoşxassəlidir. Xəstələrin şikayətləri qan şəkərinin düşməsi əlamətləri ilə özünü göstərir:

Baş ağriları
Halsızlıq
Aclıq hissi
Tərləmə
Titrəmə
Baş fırlanması
Ürək döyüntülərin tezləşməsi
Aqressiya
Qıcolmalar və s.

Xəstələr adətən bu şikayətlərin yemək yedikdən sonra azaldığını deyirlər. Tez –tez yemək yediklərinə görə xəstələrin 30%-ə kilo artimi müşahidə olunur. Unutmamaq lazımdır ki, insulinomlar bəzi hallarda digər endokrin xəstəliklərlə birgə də rast gəlinı bilir. 10 % hallarda MEN-1 sindromu (Hipofiz adenomu,qalxanabənzər ətraf vəz adenomu) ilə bir yerde görülür. Laborator analizlərdən sonra insulinoma düşünülən xəstəyə diaqnozu dəqiqləşdirmək üçün radioloji müayinələrdən istifadə olunur. Müalicəsi cərrahidir. Qan şəkərləri daima aşağı olan xəstələrdə insulinoma araşdırılmalı və diaqnoz təstiqlənən kimi şiş cərrahi əməliyyatla götürülməlidir.