Tüklənmə xəstəliyi xüsusi ilə üz, sinə nahiyəsi, ayaq və qollar, bel və qarın nahiyyəsində tüklərin çoxalması və tündləşməsi göstərir. Hirsutizmin bir neçə növü var. Heterogeniya zamanı qadınlarda və qızlarda qasıq nahiyəsində kişi tipli tüklənmə, saqqal və bığ inkişaf edir. Heterogenik tüklənmə hormonal balansın ciddi dəyişikliyə məruz qaldığı cinsi yetişkənlik, hamiləlik və ya klimaks, yumurtalıqların polikistozu və qanda prolaktin hormonunun artıqlığı kimi hallarda baş verir.
Heteroxroniya zamanı uşaq yaşlarında qasıq nahiyəsində tüklənmə, bığ, saqqal kimi ikincili cinsi əlamətlər inkişaf edir. Onu yumurtalıqlar, xayalar, böyrəküstü vəz, qalxanabənzər vəz, hipofiz kimi daxili sekresiya vəzlərinin anomal inkişafı nəticəsində müşahidə etmək olar. Heterotipiya tük inişafının bel və kürək kimi qeyri-adi yerlərdə artması ilə xarakterizə edilir və belə tüklənmə hissəvi və ya bütün bədənə yayılmış şəkildə ola bilər. Tüklənmə hər-hansı bir endokrinoloji xəstəliyin və ya orqanizmdə baş verən hormonal pozulmaların başlıca səbəbi ola bilər❗❗❗
Ona görə də tükləri lazer və bu kimi digər üsullarla təmizləmədən öncə "həkim Endokrinoloq"-un konsultasiyasında olub səbəbi aydınlaşdırmaq LAZIMDIR❗❗❗