Əsasən yenidoğulmuş körpələrdə rast gəlinir. Damar endotelindən inkişaf edən xoşxassəli törəmələrdir. İynə ucu böyüklüyündə olmaqla yanaşı sürətli böyüyərək böyük ölçülərə də çata, böyük bir sahəni tuta bilir. İçərisi qanla dolu olan damarların artıb çoxalması hesabına sonradan ciddi nəticələrə gətirib çıxardır. Məsələn, üz nahiyyəsində olan hemangioma göz qapaqlarına da nüfuz edib görmə probleminə səbəb ola bilər. Eyni zamanda irəli zamanlarda qanamaya səbəb olaraq heyat üçün təhlükə törədə bilməkdədir.
Hemangioma əsasən üz bölgəsində olmaqla bədənin damar olan hər yerində görülür. Hətta daxili orqanlardan qaraciyər damarla zəngin olduğu üçün qaraciyərdə də hemangioma rast gəlnir.
Hemangioma əməliyyatsız müalicə edilə bilən patalogiya olub, bəzi hallarda özlüyündən də keçə bilir. İlk olaraq edilməli olan hemangiomanın təqibidir.
Hemangiomanın müalicə metodunu seçmək üçün ilk növbədə müayinə edilməlidir. Hemangiomanın formasına, ölçülərinə görə müalicə seçimi.
Dərmanla müalicə: Ən yeni ve qeyri invaziv müalicə metodudur. Betta blokatorların tətbiqindən ibarətdir. Bu müalicənin başlanılması üçün körpə kardioloq tərəfindən müayinə edilməli və müalicə başlanandan sonra bir neçə saat nəzarətdə saxlanılmalıdır. Xüsusilə də qan şəkəri və qan təzyiqi təqib edilməlidir.
Lazerlə müalicə: Dəri səthindən qabarmayan səthi hemangiomaların müalicəsində effektlidir. Bir neçə seansda nəticə almaq mümkündür.
Köpüklə Skleroterapiya: Varikoz damar genişlənmələrinin müalicəsində istifadə edilən köpük eyni zamanda hemangiomanın müalicəsində də tətbiq edilməkdədir. Bu metod hemangioma damarlarına sklerozlaşdırıcı maddə yeridilməsindən ibarətdir. Lakin bu üsulda sklerozlaşdırıcı maddə saf halda deyil, hava ilə qarışdırılıb köpük halında damara yeridilir. Bu metodda biz nəticəni anında görə bilirik. Böyük ölçüdə hemangiomalar zamanı isə eyni vaxtda müəyyən miqdardan daha artıq sklerozlaşdırıcı maddə vurmaq mümkün olmadığı üçün bir neçə seansda müalicə aparılır.
Skleroterapiyada həmçinin spirt və steroid tərkibli qarışıqlardan da istifadə edilir. Bu üsul daha ucuz üsul olmaqla yanaşı nisbətən daha uzun çəkir. Sklerozalaşdırıcı maddənin təsirindən hemangioma toxumasını təşkil edən damar yumağının getdikcə büzüşərək yox olmasına əsaslanır.
Krioterapiya: Bu üsulun mahiyyəti hemangioma toxumasını dondurucu amilin təsirinə məruz qoymaqdan ibarətdir.
Əməliyyatla müalicə: Bu üsulda hemangioma toxumasi sağlam toxumalar sərhəddində kəsilərək xaric edilir. Bu üsul daha riskli bir üsul olub daha çox kosmetik defektlərə yol açır.