Gülüş

Gülüş

Müəllif: Bəhruz

Tarix: 20 Apr.2023

Gülüş- üz əzələlərimizdən istifadə edərək əmələ gələn üz ifadələrimizdən bəlkə də, ən önəmlisidir. Estetik olmayan bir gülüş, təbii olaraq cəlbedici deyil, itici qəbullanır . Bu isə həmin şəxsin psixologiyasına birbaşa təsir göstərməkdədir.

Gülüş zamanı alt və üst dodaqların əlaqəsi və bu əlaqədə ön dişlərin mövqeyi olduqca önəmlidir.

Normal mövqedə üst dodaq üst çənənin ön kəsicilərinin 2/3 hissəsini örtməli və üst dodaqdan ön kəsici dişlər 2-4 mm görünməlidir. Xüsusilə, qadınlarda ön kəsicilərin uzun olması ön üst dişlərin daha göstərici olmasına səbəb olur.Bəzi insanlarda üst dodaq yüksəkdə yerləşdiyindən, hətta gülməsələr danışarkən belə, maxilla ön kəsici dişlər, hətta dişəti görünə bilən vəziyyətdədir. Buna GUMMY SMİLE deyilir.Gummy smile ( adından göründüyü kimi "damaq gülüşü") gülmə xəttinin dişəti üzərində olmasıdır. Yəni, gülmə zamanı dişətinin normaldan xeyli çox görünməsidir.
Dişəti və sümüyün ölçüsü alınıb, müəyyən ölçümlərə göre ya ,sadəcə, dişəti və ya dişəti və sümükdən cərrahi olaraq qısaldılıb gummy smile düzəldilir, bəzən bunlar yetərli olmur, üst dodağa cərrahi müdaxilə olunaraq uyğun ölçülərdən aşağı salınır.