Fimoz nədir?

Fimoz nədir?

Müəllif: Toğrul

Tarix: 30 Sep.2021

Fimoz – kənar pülüyün daralması deməkdir. Bunun nəticəsində cinsiyyət üzvünün başcığının pülükdən xaricə çıxması ya çox çətin olur, ya da mümkün olmur. Demək olar ki, əksər yenidoğulmuşlarda fizioloji fimoz müşahidə olunur.
Əksər 3 yaşa çatmış olan uşaqlarda pülük artıq heç bir maneə olmadan hərəkət edir, 5-6 yaşlarda isə başcıq rahatca olaraq tam şəkildə xaricə çıxarıla bilir. Bu vəziyyətə etinasız yanaşsanız, iltihab prosesin başlanması (hərarətin qalxması, cinsi orqanlarda ağrı, çoxlu miqdarda irinli ifrazat, limfa düyünlərinin böyüməsi) qaçılmaz ola bilər. Belə fəsadlara yol verməmək üçün patoloji fimoz zamanı kənar pülüyün cərrahi yolla kəsilib xaric edilməsi (nə qədər tez edilsə, bir o qədər yaxşıdır) məsləhət görülür.