Əl cərrahiyyəsinin tarixi

Əl cərrahiyyəsinin tarixi

Müəllif: Rüstəm

Tarix: 25 Jul.2024

Əl cərrahiyyəsinin tarixi Birinci və İkinci Dünya müharibələri dövrünə gedib çıxır.

Yaralanmış yuxarı ətrafların müalicəsi üçün sınmış sümüklər travmatoloqa, yaralanmış damarlar damar cərrahına, zədələnmiş sinirlər neyrocərraha və açıq yaralar, kəsilmiş vətərlər plastik cərrahlara ehtiyac yaradırdı. Fərqli sahələrin müxtəlif qaydaları olduğundan, əməliyyat zamanlamalarında, müalicə prosesində və fəsadlarla mübarizədə çətinliklər yaranırdı. Buna görə də, həm nəzəri biliklərə, həm də bu cərrahiyyə əməliyyatlarını icra edə biləcək ümumi bir sahəyə ehtiyac duyulurdu – bəli, ƏL CƏRRAHİYYƏSİNƏ.
Hal-hazırda “El cərrahı” səlahiyyətlərini və imtiyazlarını əldə etmək üçün 1-2 il müddətində ixtisaslaşma (clinical fellowship ) keçmək tələb olunur. Bu müddət ərzində namizədlərin yerinə yetirməli olduqları müəyyən normativlər vardır. Bu proqramda plastik cərrahların travmatoloq kimi, travmatoloqların isə plastik cərrah kimi düşünmə bacarıqları öyrədilir.
Nəticədə, ixtisaslaşmış el cərrahı kompleks halların müalicəsində böyük əhəmiyyət daşıyır.

 

Müəllif : https://www.instagram.com/p/

C8O9s5woxd9/?utm_source=ig_

web_copy_link&igsh=MzRlOD

BiNWFlZA==