D vitamini insan sağlamlığı üçün vacib olan maddələrdən biridir. Bu vitaminin çatışmazlığı bir sıra xəstəliklərin yaranmasına səbəb ola bilir... D vitamininin sümük sağlamlığı ilə yanaşı başqa funksiyaları da var. Belə ki, D vitamini bədəndə xərçəng meydana gəlməsinin qarşısını alır, immunitet sistemini gücləndirir, immun xəstəliklərin inkişafına mane olur❗
D vitamini çatışmazlığı insulin ifrazını azaldaraq bədəndə 2-ci tip diabet riskini artırır❗❗❗
D vitamini çatışmazlığının əlamətləri:
Ürək -damar problemləri, xüsusən yaşlı insanlarda tez-tez xəstələnmək, infeksiyalar və immunitet zəifliyi, Depressiya, əhvalın pis olması, stress daimi yorğunluq, gücsüzlük, əzələ zəifliyi, piylənmə.
Digər əlamətlər:
yuxululuq və ya yuxusuzluq, dişlərin çürüməsi, dırnaqların laylanması, qırılması, görmənin zəifləməsi, iştahanın olmaması, gecələr qıcolmalar və s. D vitamini ilə zəngin qidalar Yumurta sarısı, Süd, Buğda, Qatıq, Çiyələk, Portağal suyu Limon və s. Amma, qida qəbulu ilə D vitaminin səviyyəsini qaldırmaq mümkün deyil❗ Ona görə də həkin nəzarəti altında qanda D vitamini səviyyəsi yoxlanıb və ona uyğun vitamini təyin edilməlidir❗❗❗