Müasir dövrdə həm baş beyin damar xəstəlikləri, həm də sinir sisteminin vertebrogen xəstəlikləri vertebrologiyanın və nevrologiyanın aktual probleminə çevrilib.Bununla bağlı əmək qabiliyyətinin müvəqqəti və davamlı pozulması, əlillik,və ölüm kimi nəticələr səhiyyə qarşısında profilaktik və müalicə tədbirlərinin daha da dərindən işlənməsi kimi məsuliyyəti artırmış olur.
Aktiv insanlarda bu xəstəliyin gedişatının davamlı, uzunmüddətli olması, təkrari residivlərin(qayıtması)olması vertebrologiyanı daha dərindən araşdırmağın vacibliyini bütün profil həkimlərə aydınlatmış olur.
1925ci ildə ilk dəfə M.J.Barre boyun osteoxondrozu, deformasiyaedici spondilozu olan xəstələrdə baş ağrı, görmə,eşitmə, vestibulyar pozğunluqlardan ibarət özünəməxsus simptomokompleks irəli sürmüşdür.1926cı ildəY.Ch.Leou bu simptomokompleksi "ARXA BOYUN SİMPATİK SİNDROM"adlandırdı ki, bu da onurğanın boyun nahiyəsinin osteoxondrozu ilə əlaqədar olub, səbəbi onurğa arteriyasının simpatik kələfinin irritasiyasıdır.Buna görə boyun osteoxondrozlarında onurğa arteriyasının doppleroqrafiyası vacib-ümdə şərtdir.Məqsəd qanın axın sürətini, və sag -sol vert.arteriyada qan axının assimetriya dərəcəsini təyin etməkdir.
Kliniki müayinə üçün anamnez, şikayət somatik və nevroloji status dəqiq yoxlanmalıdır.
Rentgendə 53%xəstələrdə boyun problemi göstərənlərin 19 faizində unkovertebral artroz,66%də spondiloartroz,8%də spondilolistez aşkarlanmışdı.
Şikayətlər-96%-də baş ağrılar(bu ağrılar intensiv, tutmaşəkilli,pulsasiyaedici olur), 85%-də başhərlənmələr (37%-də bu başhərlənmə ürəkbulanma, nadir halda qusma, vegetativ pozğunluqlarla özünü göstərir).
67%-də görmədə pozğunluqlar (fotopsiya,"tor", "duman" kimi göz önündə görüntülər), koxlear simptomlardan qulaqda küy, zəng səsi, "tutulma"halı31%-də olub.
Xəstələr həmçinin ümumi zəiflik, halsızlıq,yuxu pozğunluğu (76%-də) da qeyd olunur.87%-də boyun nahiyədə ağrı,57%də yuxarı-aşağı əyraflarda ağrı və hissiyyat pozğunluqları(paresteziya-keyimələr)müşahidə olunmuşdur.
Boyunda ağrı sindromu xroniki olub vaxtaşırı kəskinləşmə xüsusiyyətinə malikdir. Bu ağrılar boyuna statik, dinamiki yüklənmələrdən artır.
Servikalgiyanın (boyun ağrıları)baş ağrı və başgicəllənmə ilə sıx əlaqəsi qeyd olunur(Veyn A.M 1998).
Buradan belə qənaətə gəlirik ki, nevroloji simptomların az müşahidə olunduğu halda bu xəstəliyin funksional xarakteri daha çox onurğadan qaynaqlanır.Bu üzdən ONURĞA ARTERİYASİ SİNDROMU vertebrogen faktor kimi vertebroloq tərəfindən aparılması daha məqsədəuyğundur (dəqiq desək nevroloji simptomatika az müşahidə olunur, yəni nistaqm, Qorner sindromu, reflekslərdə asimmetriya, Romberq sınağı, Kleyn sınağı və s.).
Milana Hospitalda osteoxondrozlar vertebroloq tərəfindən mono terapiya olaraq xüsusi aparatların köməyilə aparılır.