Bel ağrısı yarada biləcək səbəblərə aşağıdakılar daxildir:
🔺Əzələ və ya ligament gərginliyi. Təkrarlanan ağır qaldırma və ya ani bir yöndəmsiz hərəkət bel əzələləri və onurğa ligamentlərini gərginləşdirə bilər. Əgər fiziki vəziyyətiniz zəifdirsə, belinizdəki daimi bir gərginlik əzələlərin zədələnməsinə səbəb ola bilər.
🔺Disk yırtıqları və sinir sıxılmaları. Disklər belinizdəki fəqərələr (vertebrae) arasında yastıq rolunu oynayır. Bir disk içərisindəki yumşaq material bir sinir üzərində sıxışa bilər və ya yırtıla bilər. Bununla birlikdə, bel ağrısı olmadan şişkin və ya yırtılmış bir diskə də sahib ola bilərsiniz. Disk xəstəliyi bir başqa səbəbə görə onurğa rentgenini (KT, MRT və ya digər metodlar) çəkdiyiniz zaman təsadüfən rast gəlinə də bilər.
🔺Artrit. Osteoartrit belin aşağı nahiyəsinə təsir göstərə bilər. Bəzi hallarda, bel bölgəsindəki artrit onurğa beyni ətrafındakı boşluğun daralmasına da səbəb ola bilir.
Skelet pozuntuları. Onurğanızın yan tərəfə əyilməsi (skolioz) bir vəziyyətdə bel ağrısına səbəb ola bilər, amma ümumiyyətlə orta yaşa qədər insanlarda bu səbəb çox da aktual deyil.