Baş ağrıları ən çox nevroloqa müraciət etmə səbəblərindəndir. Həyatı boyu heç bu xoşagəlməz hissi yaşamayan insan tapmaq çətindir.
Pasientlərin ən çox şikayətləndiyi “beynimdə ağrılar var” sözlərinə aydınlıq gətirmək istəyirəm. Əslində beyin toxumasında ağrı reseptorları yoxdur. Başağrıları başda və boyunda yerləşən sümüküstlüyü, əzələlər, sinirlər, arteriyalar, venalar, selikli qişalar və s. müəyyən səbəblərdən qıcıqlanmasından qaynaqlanır.
Məhz baş ağrısının növünü ayırd etmək üçün vaxtında nevroloqa müraciət etməniz çox önəmlidir