Artroplastika xəstə və funksiyalarını itirmiş bir oynağın cərrahi yolla yenidən formalaşdırılması ilə təkrar iş görə bilir hala gətirilməsidir.
Bu məqsədlə edilən artroplastika cərrahi tipləri bunlardır:
1) Rezeksiyon artroplastikası: Xəstə oynaq səthi ya da səthləri çıxarılır. Məsələn Girdleston əməliyyatında omba oynağında femur başı çıxarılır və kapsula yaxşılaşdıqdan sonra axsayaraqda olsa yerimə təmin edilə bilir.
2) İnterpozisyon artroplastika: Rezeksiya ilə birlikdə oynaq səthləri arasına yumşaq bir toxuma gətirilir. Məsələ: Əl biləyi sümüklərindən lunatumun avaskulyar nekrozunda xəstə sümük çıxarılır və yerinə palmaris longus tendo yumaq edilib yerləşdirilir. 3) Parsiyal endoprotez artroplastikası: Oynağın bir tərəfi bədən içərisində davamlı qalacaq şəkildə, oynaq anatomiya və biomexanizminə uyğun vəsaitlərdən düzəldilmiş endoprotezlə dəyişdirilir. Məsələn yaşlı xəstələrin omba qırıqlarında qırılan hissə çıxarılır. Bunun yerinə femurun medullasına sement ilə və ya sementsiz protez yerləşdirilir. Eynilə omba başı böyüklüyündəki sferik protez omba oynağından reduktə edilir. Beləcə yeni yaradılan oynaq iş görməyə davam edir.
4) Total endoprotez artroplastikası: Xəstə deformasiya olmuş oynağın hər iki tərəfi də dəyişdirilir. Bu şəkildə total endoprotezlər ən çox Omba və diz oynaqlarına tətbiq olunur. Ancaq çiyin, dirsək, ayaq biləyi və əldə də total protezlər tətbiq edilir. Ayrıca son illərdə intervertebral disk protezləri tətbiq olunmağa başlamışdır.