😲Kongenital hipotiroidizm anada hipotiroidizm, Haşimoto, Graves, yod əksikliyi və yod yüklənməsi və s. ; körpədə vəzin olmaması, kiçik olması, ektopiyası ( anatomik yerinde olmaması), hormon sintezindəki defektlər, mutasiyalar və s. bağlı yaranır.
🛑Kongenital Hipotiroidizmin əlamətləri yenidoğulmuşda 6 həftə sonra formalaşır:
- basıq burun kökü
- kobud qaba saç, qalın baş dərisi
- yuxululuq ( südəmərkən yuxuya dalma)
- zəif səslə ağlama
- uzanmış sarılıq
- qəbizlik
- genital və ətraflarda ödem
- quru, qabıqlı və soyuq dəri
- makroqlossiya ( dilin böyük olması)
- hissəvi apne epizodları və səsli tənəffüs
- eşitmə zəifliyi
- arxa əmgəyin açıq qalması və ön əmgəyin iri olması ( hər zaman xəstəlik göstəricisi deyildir, sağlam uşaqlarda da oıa bilər)
- nəbzin zəif olması
- makrositik anemiya
- qarnın böyük və göbək yırtığının olması
- erkən cinsi inkişaf
- böyümə geriliyi
Hipotiroidizmə yenidoğulmuşda erkən diaqnoz qoyulub və müalicəsi başlanmazsa psixomotor inkişafın geriliyi ilə nəticələnir.
Görülmə tezliyi 1/ 1000-3000 doğumda rastlanır.
🔵Erkən diaqnoz üçün bir sıra xarici ölkələrdə daban testi edilərək hipotiroidizm olma ehtimalı olan uşaqlar seçilib daha dərin araşdırılır.
🔴Müalicənin erkən başlaması fəsadların və mental əqli geriliyin yaranmasını və ağırlaşmasını önləyir.